Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Siyəzəndə sahibkarlarla biznesin inkişafına dair təklif və ehtiyacları müzakirə edilib 08.05.26
Siyəzəndə sahibkarlarla biznesin inkişafına dair təklif və ehtiyacları müzakirə edilib

Siyəzən sahibkarları dövlətin dəstək mexanizmləri barədə məlumatlandırılıb.

Siyəzən rayonunda fəaliyyət göstərən sahibkarlar yun emalı müəssisəsinin yaradılmasına, arıçılığın və quşçuluq müəssisəsinin inkişafına dəstək, güzəştli kreditlər, subsidiyaların verilməsi ilə bağlı məsələləri dövlət qurumlarının nümayəndələri ilə müzakirə ediblər. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Siyəzəndə keçirilmiş görüşdə rayonun iqtisadi potensialından daha səmərəli istifadəyə dair dövlət-sahibkar əməkdaşlığı çərçivəsində fikir mübadiləsi aparılıb. 

Siyəzən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunmuş görüşdə kənd təsərrüfatı, quşçuluq, heyvandarlıq, ictimai iaşə, ticarət sahələrində fəaliyyət göstərən 90-a yaxın biznes subyekti, eləcə də sahibkarlara dəstək və xidmət göstərən dövlət qurumlarının nümayəndələri iştirak ediblər. 

Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rayonda sahibkarlığın inkişafı və investisiya qoyuluşu üçün imkanlar, dövlətin dəstək alətləri barədə məlumat veriblər. Qeyd olunub ki, Siyəzəndə turizm, xidmət və logistika sahələrinin inkişafı üçün imkanlar genişdir. Rayonun sənaye və kənd təsərrüfatı potensialı emal və qablaşdırma sahələrinin genişləndirilməsinə imkan verir. Həmçinin bildirilib ki, belə görüşlər qarşılıqlı əməkdaşlıq və dəstək sisteminin inkişafı baxımından əhəmiyyətlidir, sahibkarlar görüşlərdə aktiv olmalıdırlar. 

Görüş zamanı sahibkarlar onları maraqlandıran məsələlər və ehtiyacları ilə bağlı təklif və müraciətlərini səsləndiriblər. Sahibkarların sualları cavablandırılıb, qaldırılan məsələlərin aidiyyəti üzrə araşdırılacağı bildirilib. 

Siyəzən rayonuna səfər çərçivəsində KOBİA nümayəndələri plastik məmulatların istehsalı müəssisəsində də olublar. 

Powered by Froala Editor