Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Sənaye, kənd təsərrüfatı və nəqliyyat sahələri üzrə texniki reqlament layihələrinin ictimai müzakirəsi keçirilib 29.11.25
Sənaye, kənd təsərrüfatı və nəqliyyat sahələri üzrə texniki reqlament layihələrinin ictimai müzakirəsi keçirilib

Tədbirdə yeni texniki reqlamentlərin mahiyyəti, onların istehlakçı təhlükəsizliyinin təmin olunmasında rolu və tətbiqinin bazar iştirakçıları üçün yaradacağı üstünlüklər barədə ətraflı məlumat verilib, iştirakçıların rəy və təklifləri dinlənilib.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Bakı KOB evi”ndə aidiyyəti dövlət orqanları tərəfindən hazırlanmış “Lak-boya materillarının və həlledicilərinin təhlükəsizliyi haqqında”, “Qablaşdırmanın təhlükəsizliyi haqqında”, “Kənd təsərrüfatı və meşə təsərrüfatı traktorlarının və onların qoşqularının təhlükəsizliyi haqqında”, “Avtomobil yollarının təhlükəsizliyi haqqında”, “Dəmiryol hərəkət tərkibinin təhlükəsizliyi haqqında” , “Dəmiryol nəqliyyatı infrastrukturunun təhlükəsizliyi haqqında”, “Tikinti materiallarının, məmulat və konstruksiyalarının təhlükəsizliyi haqqında”, “Liftlərin təhlükəsizliyi haqqında”  və “Attraksionların təhlükəsizliyi haqqında” texniki reqlament layihələrinin ictimai dinləmə və müzakirəsi keçirilib.


Tədbirdə KOBİA-nın KOB dostu departamentinin müdir müavini Rauf Tağıyev və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev çıxış edib. Çıxışlarda yeni texniki reqlament layihələrinin daxili bazarda təhlükəsiz və keyfiyyətli məhsulların dövriyyəsinin təmin edilməsi, istehlakçı maraqlarının qorunması, eləcə də biznes subyektləri üçün rəqabətədavamlı mühitin gücləndirilməsi baxımından üstünlüklərindən bəhs edilib. Habelə sahibkarların ictimai dinləmə və müzakirələrdə fəal iştirakı və öz təkliflərini təqdim etmələri üçün çağırış edilib.


Tədbir çərçivəsində Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələri tərəfindən texniki reqlament layihələrinin əhatə etdiyi sahələr, əsas təhlükəsizlik tələbləri, onların uyğunluğun qiymətləndirməsi prosesində tətbiqi və keyfiyyət standartlarının artırılmasında roluna dair təqdimat nümayiş etdirib. 


Görüşün sonunda keçirilən sual-cavab sessiyası fəal müzakirələrlə davam etdirilib, iştirakçıların rəy və təklifləri dinlənilib. 


Qeyd: Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində aidiyyəti dövlət orqanları tərəfindən 43 ədəd milli texniki reqlament layihəsi hazırlanıb və layihələr maraqlı tərəflərin rəy və təkliflərinin alınması məqsədilə Agentliyin rəsmi internet səhifəsində (https://competition.gov.az/az/page/qanunvericilik/texniki-reqlament-layihelerinin-ictimai-dinlenmesi-ve-muzakiresi) ictimai dinləmə və müzakirəyə çıxarılıb.

Powered by Froala Editor