Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Sahibkarlarla növbəti görüş Şirvan rayonunda keçirilib 26.12.25
Sahibkarlarla növbəti görüş Şirvan rayonunda keçirilib

Görüşdə sahibkarlar ilə biznesin qurulması və inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb, fikir və təklifləri dinlənilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Şirvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Tədbirdə kənd təsərrüfatı, sənaye, heyvandarlıq sahələrində fəaliyyət göstərən 80-ə yaxın sahibkar, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov rayonda sahibkarlıq fəaliyyəti və əlverişli işgüzar mühit, dövlətin həyata keçirdiyi dəstək tədbirləri və rayonun iqtisadi potensialı barədə ətraflı məlumat veriblər. Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində keçirilən tədbirdə rayonun sənaye ənənələri ilə yanaşı, ticarət, logistika və xidmət kimi sahələrdə də geniş potensiala malik olduğu qeyd edilib. Bildirilib ki, Şirvanda, eləcə də ətraf şəhər və rayonlarda fəaliyyət göstərən sahibkarlar KOB dostlarına müraciət edərək biznesin qurulması və mövcud fəaliyyətin genişləndirilməsi üçün informasiya, məsləhət, əlaqələndirmə və digər istiqamətlərdə dəstək ala bilərlər.

Görüşdə sahibkarların fikir və təklifləri dinlənilib, qaldırılan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Sahibkarlarla müəssisə tikintisi üçün torpaq sahəsinin ayrılması, istixana təsərrüfatının kommunal xidmətlərə qoşulması, güzəştli kreditlərin verilməsi və s. istiqamətlərdə müzakirələr aparılıb, sualları cavablandırılıb.

KOBİA nümayəndələri həmçinin, Şirvanda fiziki şəxs Seyidzaman Səmədovun tikiş sexinin və Hacıqabulda “Teodoro” MMC-nin dam örtükləri istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub, sahibkarlarla biznesin inkişafına dair fikir mübadiləsi aparıblar.

Powered by Froala Editor