Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Sahibkarların “Məşğulluq marafonu”na dəstəyi davam edir 27.08.21
Sahibkarların “Məşğulluq marafonu”na dəstəyi davam edir


Vətən müharibəsi qazilərinin və şəhid ailələrinin üzvlərinin işlə təmin edilməsinə dəstək məqsədilə başladılmış “Məşğulluq marafonu” çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) çağırışına qoşulan 190 sahibkarlıq subyekti tərəfindən 345 vakant iş yeri çıxarılıb.

Artıq 28 sahibkarlıq subyekti tərəfindən 60 nəfər işlə təmin edilib. Ən çox iş yeri 17 vakant vəzifə olmaqla Salyan Pivə Zavodu tərəfindən müvafiq elektron sistemə daxil edilib və artıq 2 nəfər işlə təmin olunub. İndiyədək daha çox “Azər alüminium” MMC tərəfindən Vətən müharibəsi qaziləri və şəhid ailələrinin üzvləri işlə təmin edilib.

Qeyd edək ki, Agentliyin ölkənin 20-dən çox şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları tərəfindən “Məşğulluq marafonu”na qoşulmaq istəyən sahibkarlıq subyektlərinə müvafiq vakant iş yerlərinin elektron sistemə daxil edilməsi üçün də dəstək göstərilir.

“Məşğulluq marafonu”na qoşulmaq istəyən sahibkarlar vakansiyaları barədə məlumatları https://bit.ly/3sQigid linkinə daxil olmaqla qeyd edə bilərlər.

Powered by Froala Editor