Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
"Sahibkarlar Günü"nə həsr olunmuş film “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbir keçirilib Ağdaşda sahibkarların qəbulu keçiriləcək İsmayıllıda sahibkarlığın inkişafına dair görüş təşkil olunub "Şəhərsalma iqtisadi katalizator kimi” mövzusunda interaktiv sessiya keçirilib KOBİA və SEBRAE qadın sahibkarlığına dair müzakirələr aparıb İnnovasiya və startap müsabiqəsi: 57 ölkədən startapçılar Bakıda bir araya gəlir Hər bir biznes fəaliyyəti üçün dövlətdən lisenziya alınmalıdır? KOB-ların satış imkanlarını genişləndirən dəstək alətləri Startaplar üçün İnnovasiya və Startap Müsabiqəsi elan olunur!
Sahibkarlar üçün daha 9 istiqamət üzrə daxili bazar araşdırması aparılıb 06.01.26
Sahibkarlar üçün daha 9 istiqamət üzrə daxili bazar araşdırması aparılıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə sahibkarlar üçün bazarın tələbatına uyğun olaraq 9 istiqamət üzrə daxili bazar araşdırmaları aparılıb. Araşdırmalar aşağıdakı sahələri əhatə edir:

–bulqur və mərci istehsalı;

–mebel üçün metal və plastik aksesuarlar və mexanizmlər istehsalı;

–tikinti və qida məhsullarının qablaşdırılmasında istifadə olunan dəmir qutuların istehsalı;

–süd və şirə məhsullarının qablaşdırılması üçün karton qutuların istehsalı;

–velosiped hissələrinin istehsalı;

–tikinti üçün izolyasiya məhsullarının istehsalı;

–strafor (EPS – genişlənmiş polistirol) istehsalı;

–kalsium-karbonat emalı;

–yerfındığı məhsullarının istehsalı.

Bu sahələrdə məhsul və xidmətlər yaratmaq, eləcə də fəaliyyətini genişləndirmək istəyən sahibkarlar KOBİA-nın internet saytına daxil olaraq müvafiq bazar araşdırmaları ilə tanış ola bilərlər (https://smb.gov.az/az/nav/daxili-bazar-arasdirmasi).

Qeyd edək ki, daxili bazar araşdırması mexanizmi üzrə dövlət dəstəyi KOBİA tərəfindən təmin edilir. Daxili bazar araşdırması sahibkarların müraciəti və KOBİA-nın təşəbbüsü əsasında aparılır. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən ödənilir. Hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği maksimum 20 min manatdır. 

Sahibkarların müraciəti əsasında daxili bazar araşdırmasının aparılması KOBİA-nın sifarişi ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tender yolu ilə həyata keçirilir. Sahibkarlar daxili bazar araşdırmasının aparılması üçün KOBİA-nın internet saytındakı müvafiq ərizə formasını dolduraraq Agentliyə birbaşa və ya elektron qaydada müraciət edə bilərlər. Agentliyin təşəbbüsü ilə aparılan daxili bazar araşdırmaları isə sahibkarlar arasında keçirilmiş sorğuların nəticələrinə, eləcə də ölkənin sosial-iqtisadi inkişafı ilə əlaqədar qəbul edilmiş sənədlərə əsaslanaraq müəyyən edilir. 

Powered by Froala Editor