Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Sahibkarlar peşəkar kadrlarla çalışmağa üstünlük verməlidir 19.01.22
Sahibkarlar peşəkar kadrlarla çalışmağa üstünlük verməlidir

Yanvarın 19-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Dünya Bankının birgə təşkilatçılığı ilə “Azərbaycanın əmək bazarında çağrışlar və gələcəyə baxış” mövzusunda tədbir keçirilib. 

Aidiyyəti dövlət qurumlarının iştirakı ilə təşkil olunmuş tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlığın məşğulluğun təmin edilməsində rolu, biznesin kadr potensialının gücləndirilməsi üçün hədəflər və Agentliyin gördüyü işlər barədə məlumat verib. Qeyd olunub ki, sahibkarlığın ölkə iqtisadiyyatında rolunun artması əhalinin sosial müdafiəsi və məşğulluğunun təmin olunmasında mühüm rol oynayır. İnsan kapitalının inkişafı, əmək bazarının tələblərinə uyğun olaraq hər bir şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsi qarşıda duran vəzifələrdəndir. Yüksək bilik və bacarıqlara malik peşəkar kadrlar ölkənin intellektual potensialının əsasıdır, onların yaratdıqları dəyəri iqtisadi inkişafın vacib indiqatoru hesab etmək olar. Bu çağırışlardan irəli gələn vəzifələrin həyata keçirilməsi, mövcud ehtiyacların qarşılanması KOBİA-nın fəaliyyət istiqamətlərindəndir. Agentlik vətəndaşların biznes təşəbbüslərinin reallaşdırılmasında, KOB subyektlərinin kadr potensialının gücləndirilməsində, onların müasir tələblərə cavab verən bilik və bacarıqlara yiyələnməsində, gənclərin əmək bazarına uyğun hazırlanmasında maraqlıdır. Bununla bağlı biznesin qurulması və inkişafı üçün KOBİA tərəfindən sahibkarlar üçün müasir çağırışlara uyğun təlimlər təşkil olunur, praktik məsləhət xidmətləri və digər dəstəklər göstərilir, məşğulluğa və kadr potensialının reallaşdırılmasına öz töhfəsini verən layihələr həyata keçirilir. 

Powered by Froala Editor