Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
Sahibkarlar elektron dövlət qeydiyyatının yeni imkanları barədə məlumatlandırılıblar 29.12.21
Sahibkarlar elektron dövlət qeydiyyatının yeni imkanları barədə məlumatlandırılıblar

Dekabrın 28-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə öz biznesini qurmaq istəyən şəxslər, startaplar, mikro və kiçik sahibkarlıq subyektləri üçün “Kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılmış islahatların üstünlükləri” mövzusunda onlayn seminar keçirilib.

Tədbirdə Dövlət Vergi Xidmətinin Dövlət qeydiyyatı baş idarəsinin əməkdaşı Lalə Əhmədova yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı sahəsində həyata keçirilən islahatlar və elektron qeydiyyatın yeni imkanları barədə ətraflı məlumat verib, bu sistemdən istifadə qaydalarını əyani şəkildə nümayiş etdirib. Bildirilib ki, hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılmış islahatların məqsədi biznesə başlama prosedurlarının sadələşdirilməsi, vaxta qənaət, şəffaflığın təmin olunması, məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsi və vətəndaş məmnunluğunun artırılmasıdır. Elektron qeydiyyat zamanı qeydiyyat sənədləri vergi ödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir və kağız daşıyıcısında əldə edilməsinə ehtiyac olmur. Həmçinin elektron kabinetə göndərilmiş qeydiyyat sənədlərinin bütün dövlət qurumları, banklar, notariuslar və digər təşkilatların müvafiq informasiya sistemlərinə inteqrasiyası təmin edilib. 

Tədbirdə məlumat verilib ki, yeni qeydiyyatdan keçən sahibkarlıq subyektləri arasında kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatına maraq getdikcə artır. Yanvar-noyabr ayları ərzində 10.769 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 28,5 faiz çoxdur. Qeydiyyatdan keçmiş kommersiya qurumlarından 90,7 faizi yerli investisiyalı, 9,3 faizi xarici investisiyalı müəssisələrdir. Onların 82,8 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 92,7 faiz təşkil edib. 

Yanvar-noyabr aylarında yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 1.723 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydiyyata alınıb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 86,5 faiz çoxdur. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi artaraq 16 faizə, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 17,9 faizə çatıb. 

Onlayn seminarda yerli investisiyalı kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatına dair video çarx nümayiş olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Qeyd edək ki, mikro və kiçik sahibkarlıq subyektləri, startaplar və öz biznesini qurmaq istəyən şəxslər üçün mütəmadi olaraq KOBİA və Dövlət Vergi Xidməti tərəfindən maarifləndirici tədbirlər, o cümlədən təlim və seminarlar təşkil edilir. 

Powered by Froala Editor