Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Sahibkar və menecerlər beynəlxalq ixtisasartırma kursunu uğurla başa çatdırıb 30.07.21
Sahibkar və menecerlər beynəlxalq ixtisasartırma kursunu uğurla başa çatdırıb

Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı çərçivəsində “İqtisadi kooperasiya” üzrə beynəlxalq ixtisasartırma kursu keçən sahibkar və menecerlər üçün təlimlər başa çatıb. Qida məhsullarının istehsalı və xidmət sahələrində fəaliyyət göstərən sahibkar və menecerlərə onlayn formatda beynəlxalq sertifikatlar təqdim edilib.


Qeyd edək ki, may-iyul ayları ərzində sahibkar və menecərlər Almaniyanın AHP İnternational“ Tədris Mərkəzinin ekspertləri tərəfindən keçirilən onlayn təlimlərdə menecment sahəsində beynəlxalq təcrübə barədə məlumatlandırılıb, bu sahədə praktiki vərdişlərə yiyələnib və onlara alman şirkətləri ilə əlaqələrinin qurulmasına dəstək göstərilib. 


Pandemiya bitdikdən sonra kursu uğurla başa vurmuş sahibkar və menecerlərin Almaniyaya bir həftəlik səfərlərinin təşkili nəzərdə tutulur.


Məlumat üçün bildirək ki, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq həyata keçirilir. Proqramın Azərbaycan tərəfdən əlaqələndiricisi İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Almaniya tərəfindən isə GİZ-dir. İndiyədək proqramdan 467 sahibkar və menecer yararlanıb. Pandemiya səbəbindən ixtisasartırma kursu onlayn formatda davam etdirilir. Proqramda iştirak etmək istəyən sahibkar və menecerlər KOBİA-ya müraciət edə bilərlər. 


Ətraflı məlumat üçün: https://bit.ly/3A0tc0a 

Powered by Froala Editor