Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Saatlı rayonunda sahibkarlarla görüş keçirilib 04.11.25
Saatlı rayonunda sahibkarlarla görüş keçirilib

Görüşdə sahibkarlarla dövlət dəstəyi alətlərindən istifadə olunmaqla rayonun biznes potensialının reallaşdırılmasına dair müzakirələr aparılıb, təklifləri dinlənilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlarla növbəti görüş Saatlı rayonunda təşkil olunub. 

Saatlı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilmiş tədbirdə rayonda pambıqçılıq, toxumçuluq, süd və süd məhsullarının istehsalı, heyvandarlıq kimi sektorlarda fəaliyyət göstərən 100-dən çox sahibkar, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov rayonda sahibkarlıq fəaliyyəti, biznesin inkişafı və investisiya qoyuluşu üçün imkanlar və dövlət dəstəyi tədbirləri barədə məlumat veriblər. Qeyd olunub ki, Saatlı rayonunda kənd təsərrüfatı aparıcı yer tutur. Pambıqçılıq, taxılçılıq, bostançılıq, meyvəçilik və heyvandarlıq rayonun ənənəvi fəaliyyət istiqamətlərindəndir. Saatlıda fəaliyyət göstərən emal və istehsal müəssisələri, soyuducu anbarlar və aqrolizinq bazası sahibkarlar üçün həm emal, həm də texnoloji təminat baxımından yeni imkanlar açır. Son illərdə Saatlı rayonunda həyata keçirilən infrastruktur layihələri rayonu regionun əhəmiyyətli iqtisadi mərkəzinə çevirib. Su və torpaq resursları, dövlət dəstəyi tədbirləri Saatlıda kənd təsərrüfatı, sənaye və xidmət sahələrində biznes üçün əlverişli imkanlar yaradır. Bu potensialın reallaşdırılması üçün sahibkarlar KOBİA-ya müraciət edə bilərlər. 

Görüşdə biznes fəaliyyətinin maliyyələşdirilməsi, kredit üçün əmlakın girov qoyulması, pambığın alış qiyməti, subsidiyaların və pambıq yığımı üçün texnikanın verilməsi, tikilinin istismara qəbul olunması və s. məsələlər ilə bağlı müzakirələr aparılıb, sahibkarların ehtiyacları və təklifləri dinlənilib, sualları cavablandırılıb. 

KOBİA nümayəndələri həmçinin, Saatlı rayonunda keçirilən Aqrar Biznes Festivalına qatılıb, “Aqro-Az” MMC-nin pambıq emalı və "BFT Cheesella" MMC-nin pendir istehsalı müəssisələrinin fəaliyyəti ilə tanış olublar. 

Powered by Froala Editor