Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Regionlarda fəaliyyət göstərən sahibkarlar dəstək üçün hara müraciət edə bilərlər? 27.01.26
Regionlarda fəaliyyət göstərən sahibkarlar dəstək üçün hara müraciət edə bilərlər?

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ölkənin 50-yə yaxın şəhər və rayonunda KOB dostu ofisləri fəaliyyət göstərir. KOB dostları bölgələrdə KOBİA-nın nümayəndəsi olmaqla yanaşı, həmçinin sahibkarlar üçün biznes bələdçisi funksiyasını yerinə yetirir. Sahibkarlar və ya bizneslə məşğul olmaq istəyənlər yaşadıqları ərazi üzrə KOB dostlarına müraciət etməklə sahibkarlıq fəaliyyətinə başlamaq və bizneslərini inkişaf etdirmək üçün məlumat və məsləhət ala, bizneslə bağlı qarşılaşdıqları çətinliklərin həlli məqsədilə müraciət edə bilərlər. KOB dostları həmçinin sahibkarların dövlət qurumları və digər təşkilatlarla, eləcə də yerli və xarici tərəfdaşlarla əlaqələndirilməsinə də dəstək göstərir. 

Sahibkarlar KOB dostu ofislərinin ünvanları ilə bağlı məlumatı KOBİA-nın www.smb.gov.az saytından öyrənə bilərlər.




Powered by Froala Editor

Powered by Froala Editor