Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Asiya İnkişaf Bankının nümayəndələri “Bakı KOB evi”ndə olub Klasterləşmə – sahibkarlar üçün imkanlar və perspektivlər Oğuzda sahibkarlığın inkişafı və biznes imkanları müzakirə olunub “Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək KOB evi modeli, bu mexanizmin sahibkarlar üçün əhəmiyyəti “Gəncə KOB evi” sahibkarlar üçün yeni imkanlar yaradır KOBİA-da Azərbaycan-Qırğızıstan biznes əməkdaşlığına dair görüş keçirilib Sahibkarlar birgə maliyyələşmə proqramından necə yararlana bilərlər? “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgilərində məhsul və xidmətlərini təqdim etmək istəyən KOB-ların nəzərinə! Azərbaycan Texnologiya Universitetinin tələbələri “Gəncə KOB evi”ndə olub
“Regional tərəfdaşların inkişafı” layihəsi çərçivəsində ilk tədbir Xaçmazda keçirilib 01.03.24
“Regional tərəfdaşların inkişafı” layihəsi çərçivəsində ilk tədbir Xaçmazda keçirilib

Tədbirdə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara maliyyə resurslarına çıxış, bu sahədə mövcud dövlət dəstəyi mexanizmləri barədə məlumat verilib, sualları cavablandırılıb. 

Regionlarda fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanları, bu sahədə mövcud olan dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılması məqsədilə “Regional tərəfdaşların inkişafı” layihəsi 2024-cü ildə də davam etdirilir.  

Layihənin məqsədi sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlətin dəstək tədbirləri barədə biznes subyektlərinin və yeni biznesə başlamaq istəyən şəxslərin məlumatlandırılması, eləcə də paytaxt və bölgələrdən olan iş adamları arasında işgüzar əlaqələrin genişləndirilməsidir. Layihə 2022-ci ildən həyata keçirilir. 

“Regional tərəfdaşların inkişafı” layihəsi çərçivəsində növbəti tədbir martın 1-də Xaçmaz rayonunda keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və "Marsol Group"un təşkilatçılığı ilə "Xaçmaz KOB evi"ndə keçirilən tədbirdə Bakı şəhərindən və Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzəndən 200-dən çox sahibkar, eləcə də müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Sahibkarklığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev, Aqrar Kredit  və İnkişaf Agentliyinin (AKİA) sədri Seymur Mövlayev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Nihad Muxtarlı və Milli Məclisinin deputatı Sevil Mikayılova sahibkarlara göstərilən dəstək və xidmətlər, o cümlədən dövlətin güzəştli kreditləri, subsidiyalar, biznesin maliyyələşdirilməsi sahəsində yeniliklər, alternativ maliyyələşdirmə alətləri, özünüməşğulluq proqramının sahibkarlığa başlanılmasında rolu, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara göstərilən xidmətlər barədə məlumat veriblər. 

"Marsol Group”un direktoru və “İş adamları Cəmiyyətinin Milli Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Mustafayev, “Kapital Bank” ASC-nin İdarə Heyətinin üzvü Fərid Hidayətzadə və “Maricel Real Estate”in təsisçisi Samir Əlizadə təmsil etdikləri şirkətlərin fəaliyyəti, sahibkarlıq sahəsində dövlət qurumları ilə əməkdaşlıq və mövcud dəstək mexanizmlərindən istifadə barədə danışıblar.  

Tədbir çərçivəsində “Region sahibkarlarının maliyyə kanallarına çıxış imkanları və dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə təşkil olunub. Müzakirələrdə iştirak edən KOBİA, AKİA, Sahibkarlığın İnkişafı Fondu, Dövlət Məşğulluq Agentliyi, “Sirab” MMC-nin və “Kapital Bank”ın nümayəndələri tərəfindən mövzu ilə bağlı məlumat verilib, sahibkarların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

Powered by Froala Editor