Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Prezident İlham Əliyevin ziyarət etdiyi “Şərq Bazarı” kompleksində KOBİA-nın daha bir dəstək mexanizmi fəaliyyətə başladı 07.06.22
Prezident İlham Əliyevin ziyarət etdiyi “Şərq Bazarı” kompleksində KOBİA-nın daha bir dəstək mexanizmi fəaliyyətə başladı

İyunun 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bərpa və yenidənqurmadan sonra açılışını etdiyi “Şərq Bazarı” kompleksində KOB-ların ticarət şəbəkələrinə çıxışına dəstək mexanizmi çərçivəsində mikro və kiçik sahibkarların məhsullarının satıldığı mağaza da fəaliyyətə başlayıb.   

Mağazada Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təmin etdiyi dəstək çərçivəsində 10 mikro və kiçik sahibkarlıq subyektinin məhsullarının satışı həyata keçirilir. Burada qeyri-qida məhsulları, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri satılır.

Bu gün KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmindən yararlanmış sahibkarlarla görüşüb, bizneslərinin inkişafı və dəstək mexanizmi ilə bağlı fikir mübadiləsi aparıblar. Sahibkarlar dövlət dəstəyi üçün təşəkkür ediblər. 

Ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmi çərçivəsində Bakının digər ticarət obyektlərində də bu cür satış yerlərinin təşkili nəzərdə tutulur və hazırda bu sahədə sahibkarlardan daxil olan müraciətlər dəyərləndirilir. 

Qeyd edək ki, Agentliyin satışa və bazarlara çıxışa dəstək mexanizmlərindən yararlanmaq istəyən mikro və kiçik sahibkarlıq subyektləri elektron qaydada KOBİA-ya müraciət edə bilərlər. 

Powered by Froala Editor