Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Prezident İlham Əliyev Ağalı Dövlət Xidmətləri Mərkəzində KOBİA-nın xidmət pəncərəsi və Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin layihəsi ilə tanış olub 28.05.22
Prezident İlham Əliyev Ağalı Dövlət Xidmətləri Mərkəzində KOBİA-nın xidmət pəncərəsi və Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin layihəsi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin açılışını etdiyi Zəngilan rayonunun Ağalı kəndində yerləşən Dövlət Xidmətləri Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) kiçik və orta biznesə yönəlik xidmətləri həyata keçirəcək xidmət pəncərəsi də fəaliyyət göstərəcək. 


Burada Ağalı kənd sakinlərinə biznesə başlamaq və sahibkarlıq fəaliyyətini inkişaf etdirmək üçün zəruri xidmətlər göstəriləcək. Bu KOBİA-nın işğaldan azad edilmiş ərazilərimizdə ilk belə xidmət pəncərəsidir.


Qeyd edək ki, KOBİA və müvafiq qurumların dəstəyi ilə bir müddət əvvəl bir qrup Ağalı kənd sakini biznes təlimlərinə cəlb olunmuşdu. Növbəti mərhələdə kənd sakinlərinə fəaliyyət sahələrinə uyğun avadanlıqlar veriləcəkdir. Ağalı kəndində fəaliyyət göstərən KOBİA-nın xidmət pəncərəsi təlimləri uğurla başa vurmuş kənd sakinlərinə də dəstək göstərəcəkdir.


Ağalı kəndində həmçinin, KOBİA-nın dəstəyindən yararlanmış "Gillmed" tikiş fabriki də fəaliyyət göstərəcək. Dövlət-özəl sektor tərəfdaşlığı əsasında yaradılmış müəssisənin məqsədi kənd sakinlərinin məşğulluğunun təmin edilməsidir. Fabrikdə müxtəlif tibbi təyinatlı tekstil məhsulları istehsal olunacaq. Burada 25-ə yaxın Ağalı kənd sakininin işlə təmin olunması nəzərdə tutulur. 

Powered by Froala Editor