Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Pirallahı rayonunda sahibkarlarla görüş keçirilib 15.07.25
Pirallahı rayonunda sahibkarlarla görüş keçirilib

Dövlət-sahibkar əməkdaşlığı çərçivəsində təşkil olunmuş görüşdə dövlətin dəstək alətlərindən istifadə olunmaqla rayonun biznes potensialının reallaşdırılması müzakirə olunub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Pirallahı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Tədbirdə sənaye, turizm, ictimai-iaşə, pərakəndə ticarət sahələrində fəaliyyət göstərən 80-dən çox sahibkar, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov rayonda sahibkarlıq fəaliyyəti, əlverişli işgüzar mühitin yaradılması və mövcud imkanların reallaşdırılması üçün dövlətin dəstək alətləri barədə məlumat veriblər. Bildirilib ki, 2016-cı ildə yaradılmış Pirallahı Sənaye Parkı qeyri-neft sektorunun inkişafına, xüsusilə də sənaye və əczaçılıq sahəsində sahibkarlığın genişlənməsi üçün xüsusi imkanlar təqdim edir. Sənaye sahəsində istehsalın qurulması üçün sənaye parkının təklif etdiyi güzəştlər və infrastruktur önəmlidir. Sahibkarların müasir çağırışlara uyğun olaraq innovativ və rəqabətqabiliyyətli istehsala yatırım etməsi faydalıdır. Eyni zamanda rayonda fəaliyyət göstərən biznes subyektləri sənaye parkında fəaliyyət göstərən müəssisələrlə əməkdaşlıq imkanlarını dəyərləndirməlidir. 

Rayonda yeni istehsal və xidmət sahələrinin yaradılması, eləcə də bu sektorlarda fəaliyyətin genişləndirilməsi  zamanı bazar araşdırmasının aparılması vacibdir. Sahibkarların şəbəkələşməsi və birgə təşəbbüslərə açıq olması kooperasiya və yeni əməkdaşlıqlar baxımından əhəmiyyətlidir. Biznes sahəsindəki yeniliklər, dövlət dəstəyi alətləri barədə məlumatlandırma, əlaqələndirmə və məsləhət xidməti üçün sahibkarlar KOBİA-nın KOB dostu ofislərinə müraciət edə bilərlər. 

Tədbir çərçivəsində sahibkarların maliyyəyə çıxış, ictimai-iaşə sahəsində reklam yerləşdirilməsi, müxtəlif dəniz məhsullarının yetişdirilməsinə dəstək və digər məsələlərlə bağlı fikir və təklifləri dinlənilib, müvafiq məsələlər ətrafında müzakirələr aparılıb, sualları cavablandırılıb. 

Həmçinin, KOBİA nümayəndələri Pirallahı Sənaye Parkında fəaliyyət göstərən "Diamed Co” MMC-nin şpris istehsalı müəssisəsində olub, istehsal prosesinə dair sahibkarla fikir mübadiləsi aparıblar.

Powered by Froala Editor