Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində qadınlarla görüş keçirilib 06.05.25
Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində qadınlarla görüş keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməkdən azad edilmiş qadınların cəmiyyətə sosial adaptasiyasına, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirilir.

Bu istiqamətdə müəssisədə cəza çəkən qadınların azadlığa hazırlanması, azad olunduqdan sonra qısa müddətdə məşğulluğunun təmin olunmalarına kömək məqsədilə onların peşə imkanları nəzərə alınaraq, Dövlət Komitəsinin təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı çərçivəsində məhkumluq müddətinin bitməsinə 6 aydan az qalmış qadınlarla görüş təşkil olunub.

Görüşdə Dövlət Komitəsinin şöbə müdiri Cəmilə Bağırova, Dövlət Məşğulluq Agentliyinin şöbə müdiri Cuma Nəbiyev və KOBİA-nın şöbə müdiri Kamran Bağırzadə müəssisədə cəza çəkmiş qadınların peşə bacarıqlarına uyğun olaraq məşğulluğunun təmin edilməsi, bu sahədə aidiyyəti qurumların dəstəyi barədə məlumat veriblər. 

Görüşdə azadlığa buraxılacaq məhkumlar dinlənilib, öz bacarıq və peşələri barədə ətraflı məlumat veriblər. 

Powered by Froala Editor