Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Partlayış təhlükəli mühitlər üçün avadanlıqlar, partlayıcı maddələr və məmulatlar, izafi təzyiq avadanlıqları, fərdi və yanğından mühafizə vasitələrinə dair texniki reqlament layihələri ictimai dinləmə və müzakirəyə çıxarılacaq 08.12.25
Partlayış təhlükəli mühitlər üçün avadanlıqlar, partlayıcı maddələr və məmulatlar, izafi təzyiq avadanlıqları, fərdi və yanğından mühafizə vasitələrinə dair texniki reqlament layihələri ictimai dinləmə və müzakirəyə çıxarılacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə 9 dekabr 2025-ci il, saat 10:00-da “Bakı KOB evi”ndə aidiyyəti dövlət orqanları tərəfindən hazırlanmış “Partlayış təhlükəli mühitlərdə istifadə olunan avadanlığın təhlükəsizliyi haqqında”, “Partlayıcı maddələrin və onların əsasında hazırlanan malların təhlükəsizliyi haqqında”, “İzafi təzyiq altında işləyən avadanlığın təhlükəsizliyi haqqında”, "Yanğından mühafizə və yanğınsöndürmə vasitələrinə tələblər haqqında", “Mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan mühafizəsi üçün nəzərdə tutulmuş məhsulların təhlükəsizliyi haqqında”, “Pirotexniki məmulatların təhlükəsizliyi haqqında” və “Fərdi mühafizə vasitələrinin təhlükəsizliyi haqqında” texniki reqlament layihələrinin ictimai dinləmə və müzakirəsi keçiriləcək.

Sahibkarlıq subyektləri, vətəndaş cəmiyyəti institutları, istehlakçılar və müvafiq dövlət qurumlarından maraqlı tərəflər təşkil olunacaq görüşə https://bit.ly/3MhJ2hr linki üzərindən onlayn qaydada qoşula və müzakirələrdə iştirak edə bilərlər.

Müzakirələr qanunvericiliyə uyğun olaraq, texniki reqlament layihələri ilə bağlı rəy və təkliflərin alınması, maraqlı tərəflərin bu reqlamentlərin hazırlanmasında aktiv iştirakının təşviqi, texniki reqlamentlərdə nəzərdə tutulmuş tələblərin və onların tətbiqinin müsbət nəticələrinin geniş ictimaiyyətə çatdırılması məqsədilə aparılacaq. 

İctimai dinləmələr zamanı maraqlı şəxslər tərəfindən layihəyə dair təqdim edilmiş rəy, irad və təkliflərin qanunvericiliyin tələbləri nəzərə alınmaqla təhlili, o cümlədən aidiyyəti qurumlarla razılaşdırılmaqla təsdiqi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunması planlaşdırılır.

Məlumat üçün bildirək ki, texniki reqlament layihələri həmçinin Agentliyin rəsmi internet səhifəsinin “Qanunvericilik” bölməsinin “Texniki reqlament layihələrinin ictimai dinləməsi və müzakirəsi” alt-bölməsində (https://competition.gov.az/az/page/qanunvericilik/texniki-reqlament-layihelerinin-ictimai-dinlenmesi-ve-muzakiresi) də yerləşdirilib

Powered by Froala Editor