Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Qəbələ və İsmayıllı rayonlarında fəaliyyət göstərən sahibkarların nəzərinə! Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub
Özünüməşğulluqla bağlı onlayn maarifləndirmə tədbiri keçirilib 17.12.19
Özünüməşğulluqla bağlı onlayn maarifləndirmə tədbiri keçirilib

Dekabrın 17-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, müvafiq dövlət qurumlarının iştirakı ilə mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün “Özünüməşğulluq sahəsində mövcud dəstək mexanizmləri ilə bağlı yeniliklər” mövzusunda onlayn maarifləndirmə tədbiri təşkil olunub.

Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə keçirilmiş tədbirdə iştirakçılar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, KOBİA və “Aqrar Tədarük və Təchizat" ASC-nin nümayəndələri tərəfindən özünüməşğulluq proqramı və bu proqrama qoşulma prosedurları, ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşdırılması məqsədilə həyata keçirilən dövlət dəstəyi tədbirləri və mexanizmləri, özünüməşğulluğu dəstəkləyən layihələr barədə məlumatlandırılıb.

Tədbir çərçivəsində dövlət qurumlarının nümayəndələrinə ünvanlanmış çoxsaylı suallar cavablandırılıb.

Sahibkarların tədbirə daha rahat qoşulmaları üçün KOBİA-nın inzibati binasında, eləcə də ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən “KOB Dostu” ofislərində zəruri təşkilati və texniki imkanlar yaradılıb.

Ümumilikdə onlayn maarifləndirmə tədbirindən minə yaxın sahibkar yararlanıb.

Onlayn maarifləndirmə tədbiri KOBİA-nın “Facebook” səhifəsindən birbaşa yayımlanıb.

Powered by Froala Editor