Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Özünüməşğulluq proqramına cəlb edilən şəxslərə biznes planların hazırlanmasında dəstək göstərilir 16.09.20
Özünüməşğulluq proqramına cəlb edilən şəxslərə biznes planların hazırlanmasında dəstək göstərilir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində özünüməşğulluq proqramına cəlb olunmuş vətəndaşlara biznes planların hazırlanmasında dəstək göstərir. Avqust-sentyabr ayları ərzində KOBİA-nın Xaçmaz KOB İnkişaf Mərkəzinin mütəxəssisləri və Quba-Xaçmaz iqtisadi rayonu üzrə KOB dostları tərəfindən Xaçmaz, Quba və Qusar rayonlarından olan 70-dən çox vətəndaşa biznes planların hazırlanması üçün məsləhət xidməti göstərilib.

Yaxın günlərdə Siyəzən və Şabran rayonlarından olan vətəndaşlara da özünüməşğulluq proqramı çərçivəsində biznes planların hazırlanmasında dəstək göstəriləcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin 25 iyul 2020-ci il tarixli Qərarına əsasən Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq proqramına cəlb edilmiş şəxslər koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar 2020-ci ildə təlimlərə cəlb edilmədən natura şəklində material, avadanlıq və digər əmlakla təmin olunacaq. Həmin şəxslərə material, avadanlıq və digər əmlak tərtib etdikləri biznes planlar əsasında veriləcəkdir.

Powered by Froala Editor