Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Özbəkistan KOB evləri və KOB inkişaf mərkəzlərinə maraq göstərir 27.10.21
Özbəkistan KOB evləri və KOB inkişaf mərkəzlərinə maraq göstərir

Oktyabrın 27-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ilə Özbəkistan Prezident Administrasiyası yanında İqtisadi Təhlil və İslahatlar Mərkəzinin rəhbəri Obid Hakimov arasında görüş keçirilib.

 

Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti çərçivəsində təşkil olunmuş görüşdə Agentliyin sahibkarlara göstəridiyi dəstək və xidmətlər barədə məlumat verilib. Özbəkistan nümayəndə heyəti Kiçik və Orta Biznes evləri (KOB evləri) və KOB inkişaf mərkəzlərinin (KOBİM) fəaliyyətinə xüsusi diqqət göstərib və bu sahədə KOBİA-nın təcrübəsinin öyrənilməsinə marağını ifadə edib. 

 

Görüşdə həmçinin, qarşılıqlı maraq kəsb edən digər məsələlərə və əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb. 

Powered by Froala Editor