Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
“KOB FEST” sərgi-satış yarmarkası bu dəfə Naxçıvanda Ukrayna-Azərbaycan İşgüzar Şurasının 3-cü iclası keçirilib Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 5-ci iclası keçirilib Azərbaycan Halal Biznes və Turizm Forumu keçiriləcək Azərbaycanda kiçik və orta bizneslərin rəqəmsallaşması proqramı fəaliyyətə başlayıb Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində məhsul və xidmətlərini tanıtmaq istəyən KOB-ların nəzərinə! Qanvermə aksiyası keçirilib KOBİA nümayəndələri ABŞ-də səfərdə olublar KOB evləri – operativlik, şəffaflıq və rahatlığın birləşdiyi məkan - REPORTAJ ESG üzrə vahid rəqəmsal platformanın konsepsiyasının təqdimatı keçirilib
Orxan Məmmədov: İşğaldan azad edilmiş ərazilərə investisiya qoyuluşu təşviq olunur 05.05.22
Orxan Məmmədov: İşğaldan azad edilmiş ərazilərə investisiya qoyuluşu təşviq olunur

Ölkədə kiçik və orta biznesin inkişafı iqtisadiyyatın prioritet istiqamətlərindəndir. Bu məqsədlə müxtəlif dəstək tədbirləri həyata keçirilir. İndi əsas hədəflərdən biri işğaldan azad edilən ərazilərdə sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsidir. İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Dövlət Vergi Xidmətinin ATV kanalı ilə birgə layihəsi olan “İqtisadi zona” verilişində bu sahədə görülən işlərdən danışıb:

- Ötən həftə ölkəmizdə Sahibkarlar günü qeyd olundu. Bu il sahibkarlar üçün həmin gün nə ilə yadda qaldı? Təəsssüratlarınızı bölüşməyinizi xahiş edirik.

- Artıq yeddi ildir ki, 25 aprel Azərbaycanda Sahibkarlar günü kimi qeyd olunur. Bu tarix 20 il əvvəl – 2002-ci ildə ümummilli lider Heydər Əliyevin sahibkarlarla görüşü zamanı seçilib. Əgər tarixə nəzər salsaq, görərik ki, ümummilli lider həmin görüşdə sahibkarlığın inkişafının gələcək konturlarını çızıb. Kadrlarda açıq-aydın görürük ki, sahibkarlar o görüşə necə böyük maraq və ümidlə gəlmişdilər. Çünki 2002-ci ildə ölkədə iqtisadi sabitlik tam bərqərar olmuşdu. İqtisadiyyatda bir canlanma vardı. Sahibkarlar gələcəyə böyük ümidlə baxırdılar. O dövrdə onlar ümummilli liderlə görüşə çox böyük nikbinliklə baxırdılar. Artıq həmin görüşdən 20 il keçib. Bu gün sahibkarlığın inkişafı dövlətin əsas prioritetlərindəndir. Yerli və xarici investisiyalar artıq ölkəmizə daxil olur. Keçən həftə Sahibkarlar gününü qeyd etdik. Bilirsiz ki, pandemiya səbəbindən əvvəlki illərdə bu tədbiri təxirə salmışdıq. Bu dəfə “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda konfrans keçirildi. Xüsusi qonaq qismində iqtisadiyyat naziri və əmək və əhalinin sosial müdafiəsi naziri sahibkarlar qarşısında çıxış etdilər. “Sahibkarlar günü” böyük təntənə ilə keçirildi. Sahibkarların müraciətində bir daha qeyd olundu ki, onlar dövlət başçısının sosial-iqtisadi inkişaf strategiyasını dəstəkləyir və rəqabətədavamlı istehsalın genişləndirilməsi, həmçinin dövlətimizin nüfuzunun artması üçün bundan sonra da var gücləri ilə çalışacaq və dövlətimizin inkişafı üçün əllərindən gələni edəcəklər. Həmin gün Prezidentin sərəncamı ilə sahibkarlıq fəaliyyəti ilə bağlı bir qrup şəxs və sahibkarlar təltif olundu. Təltif olunanlar arasında həm yerli, həm də xarici sahibkarlar var idi. Bunu cənab Prezidentin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının daha bir göstəricisi kimi qəbul edirik.

Həmin gün “KOB Fest” sərgi-satış yarmarkası da keçirildi. Orada 100-ə yaxın mikro, kiçik və orta sahibkarlıq subyektinə öz məhsullarını geniş auditoriyaya təqdim etməyə imkan yaradıldı. Yarmarka həm yerli sakinlərin, həm də ölkəmizə gələn qonaqların böyük rəğbətini qazandı. Sahibkarlar da buna böyük maraq göstərdilər.


- İstərdik ki, dövlətin bu gün sahibkarlara göstərdiyi xidmətlər, dəstək mexanizmləri haqqında məlumat verəsiniz.


- Əlbəttə, sahibkarlığın inkişafı istiqamətində dövlətin bir sıra dəstək mexanizmləri – həm maliyyə, həm də başqa dəstək mexanizmləri mövcuddur. Qeyd edim ki, ölkədə biznes subyektlərinin 99%-ni kiçik və orta biznes subyektləri təşkil edir. 2021-ci ildə mikro sahibkarlıq subyektlərinin ümumi dövriyyəsi üzrə 31%, kiçik sahibkarlıq üzrə 79%, orta sahibkarlıq üzrə 139% artım qeydə alınıb. Sahibkarlara, xüsusilə mikro və kiçik, orta sahibkarlıq subyektlərinə dövlət tərəfindən müxtəlif xidmətlər göstərilir. Bunlardan bir neçəsini qeyd edim. Həmin xidmətlərin bir çoxu Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən həyata keçirilir. Sahibkarlar mütəmadi olaraq müxtəlif platformalar üzərindən dövlət dəstəyi mexanizmlərindən faydalana, bizneslə bağlı yenilikləri ala bilirlər. Agentlik ölkənin 21 şəhər və rayonunda yerləşən KOB inkişaf mərkəzləri vasitəsilə bunları sahibkarlara çatdırır. KOB inkişaf mərkəzlərinin xidmətləri tam ödənişsizdir, xərclər dövlət tərəfindən qarşılanır. 2021-ci ildə təxminən 23 min KOB üçün 1600-ə yaxın təlim keçilib, məsləhət xidmətləri göstərilib. Bu ilin 3 ayında təşkil olunmuş 200-dən artıq təlimdən 3 mindən çox KOB yararlanıb. 600 sahibkara məsləhət xidmətləri göstərilib. 90-na yaxın sahibkara biznes planın hazırlanmasında dəstək verilib. Biznesə dair 180 təlim videosundan ibarət onlayn platforma yaradaraq sahibkarlara təqdim etmişik. Onların maraqlarının müdafiəsi prioritetlərimizdəndir. Bəzən sahibkarlığın inkişafına qeyri-rəsmi, yaxud başqa müdaxilələr olur. Bunu cənab Prezident də dəfələrlə qeyd edib. Sahibkarlar şəffaf işləməlidir ki, onlara heç bir qurum, heç bir yerli icra hakimiyyəti orqanı tərəfindən müdaxilələr olmasın. Biz bu sahədə körpü rolunu oynamağa çalışırıq ki, sahibkarlar problem yaşamasın, onlar dövlət qurumlarının xidmətlərindən yararlana, problemləri varsa, onları aradan qaldıra bilsinlər.


“KOB evləri”nə gəlincə, biznesə göstərilən xidmətlər yaxşılaşdırılır, xidmətlərin əhatə dairəsi genişləndirilir. “Bir pəncərə” prinsipi əsasında “KOB evləri” artıq Xaçmaz və Yevlax rayonlarında fəaliyyət göstərir. Növbəti ayda onun Bakıda açılışını gözləyirik. Artıq həmin evlərdə vahid məkanda 11 dövlət qurumu və 7 özəl şirkət tərəfindən lazımi xidmətlər göstərilir. İndiyədək KOB evlərində sahibarlara 90 minə yaxın xidmət göstərilib. Rəqəmsal “KOB evi” hazırlanır. İnanıram ki, o istifadəyə verildikdən sonra sahibkarlar dövlətin xidmətlərindən daha çevik yararlana biləcəklər.


Sahibkarlara başqa bir kömək satışa dəstək mexanizmidir. Burada sahibkarların məhsullarının və xidmətlərinin yerli və xarici bazarlara çıxışına dəstək göstərməklə biz KOB-ların qeyri-neft ixracında payının artmasına nail olur, həmçinin “Made in Azerbaijan” brendinin təşviqinə dəstək veririk. Müxtəlif yerli və xarici sərgilərdə KOB-ların iştirakına şərait yaradırıq. Bunlar təmənnasız həyata keçirilir. KOB-lar orada öz məhsullarını geniş auditoriyaya tanıda bilirlər. 2022-ci ilin ilk rübündə 80-ə yaxın KOB subyekti öz məhsullarını yerli və xarici ölkələrdə tanıda bilib.


- 44 günlük müharibə nəticəsində işğaldan azad olunan torpaqlarımız ümumilikdə ölkə iqtisadiyyatı üçün yeni bir mənzərə, yeni bir baxış bucağı müəyyənləşdirdi. Bu da həmin torpaqların ölkə iqtisadiyyatına reinteqrasiyası ilə bağlıdır. Qarabağda biznes qurmaq istəyən sahibkarlar KOBİA-ya müraciət edirlərmi? Onların əsas müraciət etdiyi istiqamətlər hansılardır?


- Müharibədən dərhal sonra müraciətlər başlayıb. Agentlik 2020-ci ilin dekabr ayından bu müraciətləri qəbul edir. İndiyədək işğaldan azad edilən ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya 1100-ə yaxın müraciət daxil olub. Onları təhlil edərkən görürük ki, burada, əsasən, ticarət, xidmət, tikinti, sənaye, kənd təsərrüfatı, turizm kimi sahələr əhatə olunub. Müraciətlərin 400-ə yaxını xarici iş adamlarının payına düşür. Burada Türkiyə üstünlük təşkil edir. Müraciət edənlər arasında ABŞ, Avropa ölkələri, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Çin, Cənubi Koreya, İndoneziya və başqa ölkələrdən olan iş adamları var. Müharibədən dərhal sonra sahibkarlarımız həm işğaldan azad olunan ərazilərdə iş qurmaq, həm də ianə etmək işlərində çox aktiv oldular. Bildiyiniz kimi, müvafiq fondlara sahibkarlar tərəfindən müxtəlif ianələr həyata keçirildi. Agentliyin dəstəyi ilə Qarabağın iqtisadi potensialı müxtəlif sərgilərdə, platformalarda, xarici ölkələrdə nümayiş olunur. Müharibədən dərhal sonra Türkiyədə keçirilən sərgidə Qarabağın potensialı nümayiş etdirildi. Müxtəlif sərgilərdə bunu hər zaman edirik, bu bizim əsas prioritetlərimizdəndir. İşğaldan azad edilmiş ərazilərə investisiya qoyuluşu təşviq olunur və biznes layihələrinin reallaşdırılması ilə bağlı məsələlər qarşıdakı dövr üçün KOBİA-nın əsas strateji fəaliyyət gündəliyinə daxil edilib.


https://vergiler.az/news/articles/18160.html 

Powered by Froala Editor