Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Orqanik məhsul istehsalçıları ilə onlayn görüş keçirilib 18.05.21
Orqanik məhsul istehsalçıları ilə onlayn görüş keçirilib

Orqanik məhsulların istehsalı üzrə mövcud vəziyyətin öyrənilməsi məqsədilə onlayn görüş keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində təşkil olunmuş tədbirdə İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin, Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları, Arıçılar, Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları, Gəncə Aqrobiznes assosiasiyalarının və 60-a yaxın sahibkarlıq subyektinin nümayəndələri iştirak edib.


Görüşdə ölkəmizdə ekoloji təmiz məhsulların istehsalına, bu sahədə standartlara, orqanik məhsul istehsalının təşviqi mexanizminin hazırlanmasına, bu cür məhsulların xarici bazarlara çıxarılmasına dair müzakirələr aparılıb, təkliflər səsləndirilib. 


Sahibkarları maraqlandıran suallar görüşdə iştirak edən müvafiq qurumlar tərəfindən cavablandırılıb. 

Powered by Froala Editor