Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
“Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib 02.12.22
“Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib

Dekabrın 2-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.


İclasda digər məsələlərlə yanaşı, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi (üçüncü oxunuş) də müzakirə edilib. 


Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.

İclasda iştirak edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov qanun layihəsi barədə fikirlərini bölüşüb. Bildirib ki, layihədə mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin əsas məqsədlərinin və istiqamətlərinin müəyyən edilməsi ilə KOB subyektlərinin ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin artırılması, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması və nəticədə cəmiyyət, biznes və dövlət arasında səmərəli əməkdaşlığın möhkəmləndirilməsi hədəf kimi müəyyən edilir. Qanunla əlverişli ekosistemin yaradılması, investisiya və innovasiyaların stimullaşdırılması, bazarlara çıxışa dəstək, ÜDM, məşğulluq, qeyri-neft sektorunda KOB-ların payının artırılması, KOB-lara yerində xidmət, onların satınalmalarda iştirakının stimullaşdırılması, optimal vergi siyasəti, prosedurların sadələşdirilməsi dövlət siyasətinin əsas məqsədləri kimi göstərilib. O, qanunun ölkədə sahibkarlığın inkışafına xidmət edəcəyini bildirib.


Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

 

Powered by Froala Editor