Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq
Mərakeş KOB sahəsində də ölkəmizlə əməkdaşlıqda maraqlıdır 17.12.19
Mərakeş KOB sahəsində də ölkəmizlə əməkdaşlıqda maraqlıdır


Mərakeş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovla keçirilmiş görüşdə ölkələrimiz arasında mövcud iqtisadi əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, kiçik və orta sahibkarlıq sahəsində əlaqələrin genişləndirilməsinin, bu sahədə birgə tədbirlərin reallaşdırılmasının əhəmiyyəti vurğulanıb. Ölkəmizdə mikro, kiçik və orta sahibkarlığa göstərilən dəstək, bu sahədə KOBİA-nın fəaliyyəti, Azərbaycan KOB-larının ixrac imkanları barədə səfirə ətraflı məlumat verilib. Görüşdə Mərakəşin KOB sahəsində müvafiq qurumları ilə KOBİA arasında əlaqələrin qurulmasına dəstək göstəriləcəyi bildirilib, əməkdaşlıq imkanlarına, KOB-ların iştirakı ilə birgə tədbirlərin və tanışlıq səfərlərinin təşkilinə dair fikir mübadiləsi aparılıb.

Powered by Froala Editor