Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
Menecment sahəsində beynəlxalq ixtisasartırma kursu keçmək istəyən sahibkarlıq subyektlərinin nəzərinə! 02.11.20
Menecment sahəsində beynəlxalq ixtisasartırma kursu keçmək istəyən sahibkarlıq subyektlərinin nəzərinə!

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 2021-ci ildə Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) və müvafiq tədris mərkəzlərinin təşkilatçılığı ilə keçiriləcək “İqtisadi kooperasiya” üzrə virtual ixtisasartırma kursunda iştirak etmək istəyən sahibkar və menecerlər üçün

MÜSABİQƏ ELAN EDİR

Proqramın məqsədi Azərbaycanın sahibkarlıq subyektlərinin virtual ixtisasartırma kursu keçməsinə, onların beynəlxalq təcrübəyə yiyələnməsinə, biznes sahəsində menecerlərin hazırlanması və ixtisasının artırılmasına, alman şirkətləri ilə birbaşa iqtisadi əlaqələrin qurulmasına dəstək göstərməkdir (Information for applicants and participants).

Kurs haqqında

Mövzu: İqtisadi kooperasiya

Proqramın dili: İngilis dili

Namizədlər üçün tələblər:

  • Ali təhsil (bakalavr və ya magistr dərəcəsi);
  • Menecment sahəsində ən az 1 il iş təcrübəsi;
  • Yaşı 45-dən çox olmamalı;
  • Yaxşı səviyyədə ingilis dili;
  • Yüksək ünsiyyət və təqdimetmə bacarıqları.

Müsabiqənin keçirilməsi

Müvafiq tələblərə cavab verən namizədlər müsabiqə mərhələsinə dəvət olunacaqlar. GİZ-in mütəxəssislərinin iştirakı ilə namizədlərin seçilməsi üzrə onlayn müsabiqə keçiriləcək.

Kurs aşağıdakı mərhələlərdən ibarətdir:

Treninqlər: Praktiki idarəetmə vərdişlərinin qazanılması.

Təcrübə proqramı: Alman şirkətləri ilə virtual formatda təcrübə imkanı, işgüzar əlaqələrin qurulması.

İxtisasartırma kursu ödənişsizdir və kursu uğurla başa vuran iştirakçılara sertifikat veriləcəkdir.

Müraciət qaydaları: Proqramda iştirak etmək istəyən namizədlərdən aşağıda qeyd olunan sənədləri ingilis dilində və elektron qaydada Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin training@smb.gov.az e-mail ünvanına (mövzu yerinə "Almaniyada ixtisasartırma kursu" yazmaqla) göndərmələri xahiş olunur:

- müraciət forması (Application Form);

- fərdi məlumatların qorunmasına dair ərizə (Data protection declaration / Privacy statement);

- Proqramda iştiraka razılığa dair əməkdaşın vəzifəsi qeyd edilməklə iş yerindən rəhbər şəxs tərəfindən təsdiq edilmiş arayış;

- Kooperasiya layihəsi (Cooperation project) – 1-dən 5-dək olan bəndlər tam cavablandırılmalıdır;

- 3x4 ölçüdə rəngli foto şəkil;

- Namizəd tərəfindən imzalanmış sığorta sənədi (İnsurance Form);

- Xarici pasportun surəti (yalnız şəxsi məlumatları özündə əks etdirən səhifə).

Qeyd: Mövcud pandemiya şəraitinə uyğun olaraq ixtisasartırma kursunu uğurla başa vuracaq iştirakçıların Almaniyaya səfərləri də nəzərdə tutulur.

Ətraflı məlumat üçün: (012) 404 04 01 / (055) 200 04 57, training@smb.gov.az (Məlahət Kazımova).

Powered by Froala Editor