Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
Məhkəmə-hüquq islahatları və bu sahədə çağırışlar dövlət qurumlarının və sahibkarların iştirakı ilə müzakirə edilib 14.07.23
Məhkəmə-hüquq islahatları və bu sahədə çağırışlar dövlət qurumlarının və sahibkarların iştirakı ilə müzakirə edilib

“Femida dialoq platforması” mövzusunda sahibkarlarla keçirilən görüşdə KOBİA sədri biznes mübahisələrinin məhkəmə yolu ilə həlli, mediasiya və arbitraj kimi alternativ həll mexanizmlərinin önəmindən danışıb. 

Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə “Femida dialoq platforması” mövzusunda sahibkarlarla görüş keçirilib. 

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimovun, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın, müvafiq dövlət qurumlarının nümayəndələrinin və sahibkarların iştirakı ilə keçirilən tədbidə məhkəmə hüquq islahatları və yeni çağırışlar, biznes ictimaiyyətinin bu sahədə gözləntiləri barədə məlumat verilib, mövzu ətrafında müzakirələr aparılıb. 

Tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-ların qanuni maraqlarının müdafiəsinin Agentliyin fəaliyyət istiqamətlərindən olduğunu, bu baxımdan məhkəmə icraatının effektivliyinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. Bildirilib ki, Agentliyə daxil olan müraciətlər arasında məhkəmə icraatında olan müraciətlər də var və son zamanlar belə müraciətlərin sayında azalmanın müşahidə edilməsi müsbət tendensiya kimi qiymətləndirilə bilər. Hazırda ölkəmizdə tətbiq olunan alternativ hüquqi həll mexanizmlərindən olan mediasiya institutunun fəaliyyəti müsbətdir. Agentlik sahibkarların mübahisəli məsələlərinin məhkəməyə getmədən həllinə töhfə verən bu mexanizmin daha geniş tətbiqinə dəstək üçün “Bakı KOB evi”ndə mediasiya üçün ayrıca görüş otaqları ayırıb. Gələcəkdə təşkil ediləcək digər KOB evlərində də mediasiya otaqlarının yaradılması planlaşdırılır. Ölkəmizdə arbitraj institutunun tətbiqi xarici investorların Azərbaycana daha çox cəlb edilməsi üçün müsbət amil ola bilər.

Powered by Froala Editor