Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Maliyyələşdirilməsi üçün sahibkarlar tərəfindən investisiya portalında 80-dən çox layihə yerləşdirilib 13.02.24
Maliyyələşdirilməsi üçün sahibkarlar tərəfindən investisiya portalında  80-dən çox layihə yerləşdirilib

www.invest.smb.gov.az portalı KOBİA tərəfindən Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin investisiya imkanlarını genişləndirmək məqsədilə yaradılıb.


2023-cü ildə investisiya portalında (www.invest.smb.gov.az) investisiya axtaran sahibkarlar tərəfindən işlək biznes, hazır layihə və ideya mərhələsində olan 60 layihə yerləşdirilib. Bu layihələr arasında turizm, qida sənayesi, tikinti, enerji, nəqliyyat və logistika, xidmət sahələri üzrə layihələr üstünlük təşkil edir. Layihələr Bakı, Şamaxı, İsmayıllı, Oğuz, Quba, Qax, Gəncə, Qazax, Naftalan və s. şəhər və rayonları əhatə edir.

Portalda həmçinin investorlar sərmayə yatırmaq istədikləri sahələr barədə təkliflərini də yerləşdirə bilərlər. Ötən il investorlar tərəfindən portalda idman, reklam və maliyyə sahəsi üzrə 3 investisiya təklifi yerləşdirilib. 

Layihəsinə investor axtaran sahibkarlar, startaplar, eləcə də sərmayə qoymaq üçün layihə axtarışında olan investorlar portalın imkanlarından faydalana bilərlər. 

Qeyd edək ki, www.invest.smb.gov.az portalı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin investisiya imkanlarını genişləndirmək məqsədilə yaradılıb. Hazırda portalda işlək biznes, hazır layihə və ideya mərhələsində olan 80-dən çox layihə, 6 hazır biznes satışına dair təklif yerləşdirilib. Sahibkarlar, startaplar və investorlar portalda qeydiyyatdan keçməklə onun imkanlarından istifadə edə bilərlər. Portalda məlumat yerləşdirilməsi ödənişsizdir. 

Powered by Froala Editor