Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
“Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun növbəti iclası keçirilib 13.09.23
“Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun növbəti iclası keçirilib

“Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun iclasında 2023-cü il üzrə Fəaliyyət Planının icrası istiqamətində görülmüş işlərə, əldə edilən nəticələrə və müvafiq sahədə çağırışlara dair müzakirələr aparılıb.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərlik etdiyi “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun növbəti iclası keçirilib. 

Onlayn formatda təşkil olunmuş iclasda dövlət qurumlarının, eləcə də bir sıra ictimai birliklərin və məsləhətçi şirkətlərin nümayəndələri iştirak ediblər.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azәrbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasәt vә sәnaye mәsәlәlәri şöbәsinin sektor müdiri Vüsal Şıxәliyev və “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun rəhbəri, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov işçi qrupunun 2023-cü il üzrə Fəaliyyət Planının icrasına və qarşıdakı vəzifələrə, görülən tədbirlərin müvafiq reytinq hesabatlarında ölkəmizin qiymətləndirmə prosesində obyektiv dəyərləndirilməsinə öz töhfəsini verəcəyinə dair fikirlərini bölüşüblər. 

İclasda işçi qrupunun 2023-cü il üçün Fəaliyyət Planının icrası sahəsində görülmüş işlər barədə hesabatı təqdim edilib, bu sahədə yeni çağırışlara dair müzakirələr aparılıb. Həmçinin, iclasda müvafiq işçi qrup çərçivəsində yaradılmış Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə alt-qrupun fəaliyyətinə dair də məlumat verilib. 

Qeyd edək ki, “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun 2023-cü il üzrə Fəaliyyət Planında Qlobal Rəqabətlilik Hesabatı, İqtisadi Azadlıq İndeksi və Qlobal İnnovasiya İndeksi olmaqla 3 mühüm reytinq qiymətləndirməsinə aid 48 tədbir qeyd olunub. Tədbirlərin icrasında 11 dövlət qurumu və təşkilatları iştirak edir.

Powered by Froala Editor