Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
“Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” üzrə İşçi Qrupunun iclası keçirilib 13.09.22
“Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” üzrə İşçi Qrupunun iclası keçirilib

Sentyabrın 13-də “Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiya”nın “Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” İşçi Qrupunun növbəti iclası keçirilib.

Onlayn formatda təşkil olunmuş iclasda İqtisadiyyat, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Mərkəzi Bankın, Dövlət Statistika Komitəsinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, eləcə də bir sıra şirkətlərin nümayəndələri iştirak ediblər.

İclasda dövlət qurumlarının nümayəndələri İşçi Qrupunun 2022-ci il üzrə Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasına və qarşıdan duran vəzifələrə dair məlumat verib, Fəaliyyət Planı ətrafında fikir mübadiləsi aparıblar. Eyni zamanda, qarşıdakı dövrdə Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasının müəyyən edilmiş müddətlərdə və effektiv həyata keçirilməsi, eləcə də qarşılıqlı əlaqələrin genişləndirilməsi ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələr verilib.

Powered by Froala Editor