Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
“Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” üzrə İşçi Qrupunun iclası keçirilib 01.06.22
“Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” üzrə İşçi Qrupunun iclası keçirilib

Mayın 31-də “Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiya”nın “Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” İşçi Qrupunun növbəti iclası keçirilib.

Onlayn formatda təşkil olunmuş iclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, İqtisadiyyat, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Mərkəzi Bankın, Dövlət Statistika Komitəsinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Dövlət Neft Şirkətinin, Konstitusiya Araşdırmalar Fondunun, eləcə də bir sıra şirkətlərin nümayəndələri iştirak ediblər.

İşçi Qrupunun rəhbəri, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov işçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planının təsdiq edildiyini qeyd edib. Bildirilib ki, 2022-ci il üzrə fəaliyyət planı məzmun baxımından kifayət qədər genişdir və beynəlxalq reytinqlər üzrə qiymətləndirmə prosesində əhatə olunan mühüm məqamları və konkret məsələləri özündə ehtiva edir. Bu ilki fəaliyyət planında korporativ idarəetmə, ətraf mühit, sosial məsuliyyət, qənaətli istehsal və s. istiqamətlər üzrə bir sıra yeni elementlər də öz əksini tapıb. Yeni məsələlər nəzərə alınaraq, işçi qrupunun tərkibi də genişləndirilib.

İclasda İşçi Qrupunun əvvəlki iclasında verilmiş tapşırıqların və qərara alınmış məsələlərin icra vəziyyətinə dair məruzələr dinlənilib, həmçinin 2022-ci il üzrə Fəaliyyət Planının əsas elementləri və qarşıdan duran vəzifələrə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda, Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin effektiv təşkili, özəl sektorun və assosiasiyaların icra prosesinə fəal şəkildə cəlb olunması barədə tapşırıq və tövsiyələr verilib.

Powered by Froala Editor