Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
KOBİA və “Ernst & Yanq Azərbaycan” “EY ilin iş adamı” müsabiqəsi çərçivəsində əməkdaşlıq edir 20.12.19
KOBİA və “Ernst & Yanq Azərbaycan” “EY ilin iş adamı” müsabiqəsi çərçivəsində əməkdaşlıq edir

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov EY Azərbaycan şirkətinin idarəedici partnyoru İlqar Vəliyev ilə görüşüb.

Görüşdə kiçik və orta sahibkarlıq subyektlərinin biznes bacarıqlarının artırılması üçün onlara təlim, məsləhət, informasiya və digər maarifləndirici xidmətlərin, sərgilərdə və təcrübə mübadiləsi proqramlarında iştiraklarına dəstəyin göstərilməsi, dövlət və özəl sektor arasında praktiki əlaqələrin genişləndirilməsi kimi istiqamətlərdə əməkdaşlıq, birgə layihələrin reallaşdırılması imkanları, eləcə də EY Azərbaycannın təşkilatçılığı və KOBİA-nın tərəfdaşlığı ilə ölkəmizdə keçirilən “EY İlin iş adamı” müsabiqəsi ilə bağlı müzakirələr aparılıb. Qeyd edilib ki, bu ilin noyabr ayında elan olunmuş müsabiqədə iştirak etmək üçün kiçik və orta sahibkarlıq subyektləri tərəfindən bir sıra müraciətlər daxil olub. Müsabiqəyə sənəd qəbulu davam etdirilir.

Görüş çərçivəsində KOBİA və EY Azərbaycan arasında 2020-ci ildə keçiriləcək birgə tədbirlərə dair müqavilə imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və EY Azərbaycan şirkətinin idarəedici partnyoru İlqar Vəliyev imzalayıblar.

Məlumat üçün bildirək ki, dünyanın 60-dan çox ölkəsində keçirilən “EY ilin iş adamı” müsabiqəsi bu il ilk dəfə olaraq Azərbaycanda da təşkil olunub. İqtisadiyyatın bütün sektorlarından olan və ölkənin istənilən regionunda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektləri müsabiqədə iştirak üçün 15 yanvar 2020-ci il tarixinə qədər müraciət edə bilərlər. 2019-2020-ci il üzrə müsabiqənin finalçıları və qalibi 11 mart 2020-ci il tarixində elan ediləcək. Finalçılar və qalib nüfuzlu sahibkarlar, dövlət şirkətlərinin top menecerləri, beynəlxalq maliyyə qurumlarının nümayəndələrindən ibarət müstəqil münsiflər heyəti tərəfindən seçiləcək. “EY ilin iş adamı” müsabiqəsi BP və Azərbaycan Beynəlxalq Bankı tərəfindən dəstəklənir, layhəyə "Ekvita" şirkəti rərəfindən texniki dəstək göstərilir. Namizədliyini irəli sürəcək şəxslər müsabiqə barədə ətraflı məlumatı bu linkdən əldə edə bilər - https://www.eoy.az

Powered by Froala Editor