Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOBİA və BƏƏ-nin Sahibkarlıq və KOB üzrə Nazirliyi arasında görüş keçirilib 01.11.21
KOBİA və BƏƏ-nin Sahibkarlıq və KOB üzrə Nazirliyi arasında görüş keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Dubayda Birləşmiş Ərəb Əmirliklərinin sahibkarlıq və KOB üzrə dövlət naziri Ahmed Belhoul Al Falasi ilə görüşüb. 

Görüşdə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən KOB sektorunun inkişafına önəm verildiyi vurğulanıb, bu sahədə tətbiq olunan dəstək mexanizmləri və görülən işlər diqqətə çatdırılıb. Ölkələrimizin biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsi imkanlarına dair qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə bu istiqamətdə KOBİA və müvafiq nazirlik arasında birgə tədbirlərin həyata keçirilməsi perspektivləri, ölkəmizin, o cümlədən işğaldan azad olunmuş ərazilərin biznes imkanları qeyd olunub. Görüşdə həmçinin, hər iki ölkənin iş adamlarını öz ətrafında birləşdirəcək əməkdaşlıq platformalarının yaradılmasına dair müzakirələr aparılıb.

Powered by Froala Editor