Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
KOBİA Vaşinqtonda ABŞ şirkətlərinə Azərbaycanın biznes imkanları barədə məlumat verib 07.07.22
KOBİA Vaşinqtonda ABŞ şirkətlərinə Azərbaycanın biznes imkanları barədə məlumat verib

Vaşinqtonda “Azərbaycanla biznes qurmaq: ABŞ və Azərbaycan biznesləri üçün imkanlar və təşviq proqramları” mövzusunda Dəyirmi Masa təşkil olunub.


ABŞ - Azərbaycan Ticarət Palatasının (USACC), ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) təşkilatçılığı, Azərbaycanın ABŞ-dakı Səfirliyinin iştirakı ilə keçirilmiş tədbirdə ABŞ şirkətləri, maliyyə institutlarının, beyin mərkəzlərinin, ABŞ-ın Ticarət Departamentinin, Kiçik Biznes Administrasiyasının nümayəndələri iştirak ediblər.


Tədbirdə təqdimatla çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanın əlverişli biznes və investisiya mühiti, o cümlədən Qarabağın biznes potensialı, ölkəmizdə yerli və xarici iş adamları üçün yaradılmış imkanlar, bu sahədə qanunvericilik, dəstək tədbirləri və güzəştlər, biznesin qeydiyyatı prosesinin elektronlaşdırılması, rezidentlər üçün əlverişli imkanlar təklif edən sənaye parkları və məhəllələri, eləcə də KOBİA-nın dəstək mexanizmləri barədə məlumat verib. 

Powered by Froala Editor