Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq
KOBİA tərəfindən qadınlar arasında sahibkarlıq fəaliyyətinin təşviqinə daha bir dəstək 04.03.20
KOBİA tərəfindən qadınlar arasında sahibkarlıq fəaliyyətinin təşviqinə daha bir dəstək

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Regional İnkişaf” İctimai Birlliyinin 2019-cu il üzrə elan etdiyi “Sosial layihələr” müsabiqəsinin layihələrindən olan “MirvariStore” layihəsi ilə əməkdaşlığa başlayıb.

KOBİA-nın təşkilatçılığı ilə Qəbələ və Oğuzda toxuculuq və tikiş bacarığı olan qadınlar üçün “MirvariStore” layihəsinin təqdimatı keçirilib. Tədbirdə layihə barədə məlumat verilib, Qəbələ və Oğuz rayonlarında toxuculuq və tikiş bacarığı olan və bu sahəyə maraq göstərən, müvafiq istiqamətdə evində işləmək istəyən 25 qadın müəyyənləşdirilib, onlarla lazımi materialların verilməsi və sifarişlərin ötürülməsi mexanizmi barədə müzakirələr aparılıb.

Layihə çərçivəsində qadınlar toxuculuq və tikişlə bağlı müvafiq materiallar və avadanlıqlarla təmin olunacaq, onların məhsullarının satışına dəstək göstəriləcəkdir.

Qeyd edək ki, “MirvariStore” layihəsinin məqsədi regionlarda qadın sahibkarlığının inkişafı, məşğulluğun artırılması, qadınların gəlir əldə etməsinə dəstək göstərilməsi, eləcə də milli naxışların təbliği və "Made in Azerbaijan" brendi ilə əl işlərinin xarici bazarlara çıxarılmasıdır.

Powered by Froala Editor