Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOBİA nümayəndəsi Dünya Sahibkarları İnvestisiya Forumunda iştirak edib 20.11.19
KOBİA nümayəndəsi Dünya Sahibkarları İnvestisiya Forumunda iştirak edib

BMT-nin Sənaye İnkişafı Təşkilatının və İslam Əməkdaşlıq Gənclər Forumunun təşkilatçılığı ilə Bəhreyn Krallığının Manama şəhərində Dünya Sahibkarları İnvestisiya Forumu və Gənclərin Biznes Şəbəkəsi Startapların İnvestisiya Sammiti keçirilib.

Tədbir çərçivəsində hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, investor və gənc sahibkarların iştirakı ilə müxtəlif mövzularda, o cümlədən gənc sahibkarlığın milli inkişaf strategiyalarında rolu, 4-cü sənaye inqilabının maliyyə infrastrukturunun formalaşdırılması və s. istiqamətlərdə müzakirələr aparılıb.

Forumda "İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrində sahibkarlıq: əsas çağırışlar və perspektiv imkanlar” mövzusunda təşkil olunmuş paneldə çıxış edən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədr müavini Mehman Abbas ölkəmizdə sahibkarlığın inkişafı, onların müvafiq bilik və texnologiyalara, maliyyə resurslarına və satış bazarlarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər və dəstək mexanizmləri barədə məlumat verib.

Powered by Froala Editor