Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq
KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görüldü 16.09.19
KOBİA-nın stendi “Ən yaxşı sosial layihə” mükafatına layiq görüldü

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) stendi 2-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisində (“Gift & Promo Fair 2019”) “Ən yaxşı sosial layihə” mükafatına layiq görülüb.

12-14 sentyabr tarixlərində Bakıda keçirilən “Gift & Promo Fair 2019” və 2-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri (“AdPrint 2019”) sərgilərində KOBİA-nın dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) tərəfdaşlığı ilə yaradılmış xüsusi stenddə əsasən qadın və əlil sahibkarların əl işləri nümayiş olunub. Stenddə qadın və əlil sahibkarlar tərəfindən hazırlanmış suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq və dekorativ-tətbiqi sənət nümunələri, bəzək əşyaları və aksesuarlar və s. olmaqla ümumilikdə 50-yə yaxın çeşiddə əl işləri sərgilənib.

Sərginin 3-cü günü proqram çərçivəsində təşkil olunmuş tədbirdə mikro və kiçik sahibkarlar tərəfindən hazırlanmış müxtəlif geyim və aksesuarlar da nümayiş olunub.

Qeyd edək ki, KOBİA mikro və kiçik sahibkarların, xüsusilə də qadın və əlil sahibkarların, startapların və gənclərin ölkəmizdə keçirilən müxtəlif sərgi və festivallarda iştirakına dəstək göstərir. Burada əsas məqsəd KOB-ların öz məhsul və xidmətlərini təqdim etməsinə, satış imkanlarını genişləndirməsinə, biznes əlaqələri qurmasına dəstək olmaqdır.

Powered by Froala Editor