Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
KOBİA-nın rəhbərliyi meyvəqurutma müəssisəsində olub 04.10.22
KOBİA-nın rəhbərliyi meyvəqurutma müəssisəsində olub

Oktyabrın 4-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Agentliyin nümayəndələri Dərnəgüldə yerləşən “Crispa Snacks” MMC-nın yeni istehsal müəssisəsinin fəaliyyəti ilə yaxından tanış olublar. 


Məlumat verilib ki, “Crispa Snacks” MMC 2018-ci ildən fəaliyyət göstərir. Müəssisədə “Crispa” markası altında 7 çeşiddə müxtəlif alma məhsulları istehsal edilir. Bununla yanaşı, armud, gavalı, xurma, çiyələk, şaftalı qurularının istehsal edilməsinə başlanılacaq. Bu baxımdan müəssisə gələcəkdə məhsulların çeşidlərini 15-ə çatdırmağı planlaşdırır. Müəssisənin avadanlıqlarının gücü saatda 2 ton meyvəni doğramaq və qurutmaq imkanına malikdir. Eyni zamanda müəssisədə yan məhsullar olaraq təbii alma sirkəsi, alma cemi və alma bəhməzi də istehsal olunur. “Crispa” markasından əlavə şirkət “LəbuLəb” markası altında 8 çeşidin də qablaşdırmasını və satışını həyata keçirməkdədir. Müəssisə milli və “ISO 22000:2018” Beynəlxalq Qida Təhlükəsizliyi standartına malikdir. “Crispa Snacks” MMC-nin məhsulları yerli bazarla yanaşı, hazırda Rusiya və Polşaya ixrac edilir. İxracla bağlı Ərəb və digər Avropa ölkələri ilə danışıqlar aparılır. Müəssisədə hazırda 30-a yaxın işçi çalışır. “Crispa Snacks” MMC KOBİA-nın müxtəlif dəstək və xidmətlərindən yararlanıb. 


Müəssisənin fəaliyyəti ilə tanışlıq çərçivəsində KOBİA nümayəndələri ilə zavodun rəhbərliyi arasında sektorun inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, təklif və ehtiyacları dinlənilib. 

Powered by Froala Editor