Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
KOBİA-nın Müşahidə Şurasının iclası keçirilib 12.08.21
KOBİA-nın Müşahidə Şurasının iclası keçirilib

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi, Şurada təmsil olunan müvafiq dövlət qurumlarının və Agentliyin nümayəndələrinin iştirakı ilə təşkil olunmuş iclasda KOBİA-nın 2020-ci il və 2021-ci ilin birinci yarısında fəaliyyəti müzakirə edilib.

İclasda vurğulanıb ki, iqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı və özəl sektorun dəstəklənməsi dövlət başçısının rəhbərliyi ilə uğurla reallaşdırılan sosial-iqtisadi siyasətin əsas prioritetlərindəndir. KOB-ların (kiçik və orta biznesin) inkişafının stimullaşdırılması və dayanıqlı inkişafın hərəkətverici qüvvəsinə çevrilməsi 2030-cu ilədək Azərbaycanın sosial-iqtisadi inkişafına dair Milli Prioritetlərində də qarşıya hədəf kimi qoyulub.

Tədbirdə pandemiyanın milli iqtisadiyyata, o cümlədən KOB-lara göstərdiyi təsirlər barədə məlumat verilib, dövlətin həyata keçirdiyi çoxşaxəli tədbirlər nəticəsində bu təsirlərin minimallaşdırıldığı, biznesin tədricən öz əvvəlki iqtisadi fəallığını bərpa etdiyi diqqətə çatdırılıb.

2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi və əzəli torpaqlarımızın işğaldan azad edilməsi bu ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyasını şərtləndirib. Bu baxımdan, işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərmək istəyən sahibkarların müraciətləri ilə bağlı işlər KOBİA-nın qarşıdakı dövrdə əsas fəaliyyət istiqamətlərindən olacaqdır.

İqtisadiyyat naziri rəqabətədavamlı KOB subyektlərinin formalaşdırılmasının, dövlət satınalmalarında iştirak payının artırılmasının, startapların, ixrac potensialı olan KOB subyektlərinin dəstəklənməsinin zəruriliyini qeyd edib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov 2020-ci ildə və 2021-ci ilin birinci yarısında Agentliyin fəaliyyətinə dair təqdimatla çıxış edərək, KOB-ların inkişafı, bilik və bacarıqlarının artırılması, maliyyə resurslarına və satış bazarlarına çıxışının genişləndirilməsi, KOB maraqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər, yeni təşviq mexanizmləri barədə məlumat verib.

Tədbirdə bildirilib ki, hazırda 25 şəhər və rayonda 27 KOB dostu ofisi, 21 şəhər və rayonda isə KOB inkişaf mərkəzi fəaliyyət göstərir, sahibkarlar Xaçmaz və Yevlaxda yaradılmış KOB evlərində 150-dək dövlət-biznes və 100-dək biznes-biznes xidmətlərindən yararlanırlar.

İclasda KOBİA-nın fəaliyyəti, mikro, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində görüləcək tədbirlər barədə müzakirələr aparılıb.   

Powered by Froala Editor