Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOBİA-nın İdarə Heyətinin sədri “Yüksəliş” müsabiqəsinin finalçıları üçün təqdimat edib 15.07.22
KOBİA-nın İdarə Heyətinin sədri “Yüksəliş” müsabiqəsinin finalçıları üçün təqdimat edib

İyulun 15-də Bakı Ekspo Mərkəzində “Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib. Final mərhələsinin ilk günü müsabiqənin idarəçi rəhbərlər qrupu finalçılar qarşısında “Müasir çağırışlar və insan kapitalının formalaşması” mövzusunda çıxış ediblər. 


Tədbirdə təqdimatla çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov insan kapitalının inkişafı, KOBİA-nın bu sahədə fəaliyyəti və təcrübəsi barədə fikirlərini bölüşüb. 


Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, “Paşa Holding”in baş icraçı direktoru Cəlal Qasımov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov da çıxış edib. 


Qeyd edək ki, finalda müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vuran 116 nəfər iştirakçı mübarizə aparır. Final mərhələsi 17 iyulda yekunlaşacaq. Bu mərhələni uğurla keçən iştirakçıları 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət qurumlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.

 

Powered by Froala Editor