Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
KOBİA-nın əməkdaşları üçün təlim təşkil olunub 24.11.21
KOBİA-nın əməkdaşları üçün təlim təşkil olunub

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) menecment heyətinin idarəetmə təcrübəsinin və peşəkar vərdişlərinin təkmilləşdirilməsi məqsədilə Şabran rayonunda beynəlxalq və yerli ekspertlərin iştirakı ilə təlim təşkil olunub. Təlim Avropa Birliyinin “Kiçik və orta sahibkarlıq üçün daha əlverişli mühitin yaradılması və rəqabət qabiliyyətliliyinin artırılmasına dəstək” layihəsi çərçivəsində həyata keçirilib.   


Tədbirdə Agentliyin əməkdaşları üçün korporativ idarəetmə standartları, xidmət səviyyəsinin yüksəldilməsi, layihələrin idarəedilməsi bacarıqları və menecment sahəsində digər mövzular üzrə təqdimatlar keçirilib. Təlimdə KOB-lara dəstək üzrə bir sıra ölkələrin qabaqcıl beynəlxalq təcrübələri, “yaşıl iqtisadiyyat”ın KOB-ların fəaliyyətində təşviqi və digər mövzulara da toxunulub


Agentlik əməkdaşlarının komanda ruhunun daha da inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkili məqsədilə təlim çərçivəsində müxtəlif komanda yarışları və müsabiqələr də keçirilib.

Powered by Froala Editor