Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
KOBİA-nın dəstəyi ilə mikro və kiçik sahibkarlar sərgidə iştirak edir 10.06.21
KOBİA-nın dəstəyi ilə mikro və kiçik sahibkarlar sərgidə iştirak edir

Bu gün Bakı Ekspo Mərkəzində öz işinə başlamış 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan 2021” sərgilərində mikro və kiçik sahibkarlar da məhsul və xidmətlərini təqdim edirlər. 


Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə yaradılmış xüsusi stenddə 9 mikro və kiçik sahibkarlıq subyekti tərəfindən müxtəlif bitki çayları, ədviyyat, yağlar, meyvə quruları, çərəzlər, qablaşdırma məhsulları və s. nümayiş olunur. Bakı və Gəncə şəhərlərini, Abşeron, Qəbələ və Zaqatala rayonlarını təmsil edən KOB-lar onlar üçün ayrılmış xüsusi stenddə məhsul və xidmətlərini təqdim etməklə yanaşı, satış imkanlarını genişləndirmək və yeni biznes əlaqələri qurmaq üçün müxtəlif işgüzar görüşlər keçirirlər. 


Sərgilər sahibkarlarların, xüsusilə də mikro və kiçik biznes subyektlərinin satış imkanlarını genişləndirməsi və işgüzar əlaqələrinin inkişafı baxımıdan əhəmiyyətlidir. KOBİA 2018-ci ildən etibarən startapların, mikro və kiçik sahibkarların məhsul və xidmətlərini ixtisaslaşmış sərgilərdə təqdim etməsinə dəstək göstərir. İndiyədək Agentliyin bu dəstəyindən 170-dən çox startap, mikro və kiçik sahibkarlıq subyekti yararlanıb. 


KOBİA həmçinin “Caspian Agro 2021” və “InterFood Azerbaijan 2021” sərgilərinə dəstək göstərən qurumlar sırasındadır. 


Qeyd edək ki, “Caspian Agro 2021” və “InterFood Azerbaijan 2021” sərgiləri koronovirus pandemiyası ilə əlaqədar yaranmış uzunmüddətli fasilədən sonra ənənəvi formatda keçirilən ilk sərgilərdir. Sərgilərdə dünyanın 30-a yaxın ölkəsindən 240-dan çox şirkət iştirak edir. 

Powered by Froala Editor