Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
KOBİA-nın dəstəyi ilə Bakıda psixoloji hazırlıq mərkəzi fəaliyyətə başlayıb 23.08.22
KOBİA-nın dəstəyi ilə Bakıda psixoloji hazırlıq mərkəzi fəaliyyətə başlayıb

Bakı şəhərində yeni psixoloji hazırlıq mərkəzi - “İşıq Psixoloji və Nitq İnkişaf Mərkəzi” fəaliyyətə başlayıb. Mərkəzdə loqoped-defoktoloq, kiçik motorika inkişafı, erkən inkişaf, qrup terapiyası, məktəbəqədər montessori təlimi, diqqət, yaddaş inkişafı, mental arfimetika dərsləri sahəsində bir sıra xidmətlər göstərilir.


“İşıq Psixoloji və Nitq İnkişaf Mərkəzi” psixoloji hazırlıq müəsissəsinin yaradılmasına dövlət dəstəyi KOBİA vasitəsilə təmin edilib. Belə ki, KOBİA tərəfindən mərkəzin yaradılmasına məsləhət, lisenziyanın alınması, işçilərin əmək müqaviləsinin bağlanması ilə bağlı dövlət qurumları ilə əlaqələndirmə, vergi qeydiyyatından keçərək VÖEN əldə olunması, Sumqayıt KOB İnkişaf Mərkəzi tərəfindən təşkil edilmiş təlimlərdə iştirak, korporativ idarəetmə və s. təlimlərdə iştirakın təmin edilməsi, marketinq istiqamətlərində dəstək və xidmətlər göstərilib.

“İşıq Psixoloji və Nitq İnkişaf Mərkəzi”nin fəaliyyətinin genişləndirilmə üçün KOBİA tərəfindən müəssisəyə dövlət dəstəyi davam etdiriləcəkdir.

Powered by Froala Editor