Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOBİA-nın da iştirak etdiyi tvinninq layihəsi başa çatıb 11.04.22
KOBİA-nın da iştirak etdiyi tvinninq layihəsi başa çatıb

Avropa İttifaqı tərəfindən həyata keçirilən “Biznes statistikası sahəsində məlumatların toplanması, işlənilməsi, təhlili, nəşri və yayımlanması işlərini gücləndirmək məqsədilə Dövlət Statistika Komitəsinə və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəstək” layihəsi başa çatıb. Layihədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də yaxından iştirak edib. 

Tvinninq layihəsinin yekunlarına həsr olunmuş tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov biznes statistikasının iqtisadiyyatın sektoral təhlili və proqnozlaşdırılması, o cümlədən tələb və təklifin müəyyənləşdirilməsi, resursların səmərəli bölüşdürülməsi, istehsalın düzgün təşkili, dinamikanın analizi və s. baxımdan əhəmiyyətli olduğunu qeyd edib. Bildirilib ki, KOBİA Dövlət Statistika Komitəsi ilə sıx təmasdadır və müasir dövrün tələblərinə uyğun biznes statistikasının təkmilləşdirilməsi və inkişafı istiqamətində sıx əməkdaşlıq edir və fikir mübadiləsi aparır. Avropa İttifaqı tvinninq aləti çərçivəsində həyata keçirilmiş biznes statistikasının təkmilləşdirilməsi ilə bağlı layihə də bu baxımdan əhəmiyyətlidir. Ümumiyyətlə, Azərbaycan Avropa İttifaqı ilə tvinninq və texniki dəstək layihələri ilə yanaşı, TAİEX, SİGMA, Büdcəyə Dəstək alətləri və digər mexanizmlər çərçivəsində də əməkdaşlıq edir. Orxan Məmmədov qarşıdakı dövrdə də Avropa İttifaqı ilə birgə biznes sahəsi ilə bağlı yeni təşəbbüs və layihələrin həyata keçiriləcəyinə ümidvar olduğunu vurğulayıb. 

Powered by Froala Editor