Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
KOBİA könüllülük proqramı ilə bağlı nəticələri açıqlayıb: 850-yə yaxın gənc real iş mühitində təcrübə qazanıb 05.12.25
KOBİA könüllülük proqramı ilə bağlı nəticələri açıqlayıb: 850-yə yaxın gənc real iş mühitində təcrübə qazanıb

Agentlikdə könüllü olmuş 20 gənc KOBİA-da işlə təmin edilib.

5 dekabr – Beynəlxalq Könüllülər Günüdür. Ölkəmizdə fəaliyyət göstərən könüllülük proqramları arasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “KOB könüllüləri” proqramı idarəetmə, biznes və menecment sahələri üzrə təhsil alan gənclərin bilik və bacarıqlarının artırılması ilə seçilir. 2018-ci ildən həyata keçirilən proqram çərçivəsində gənclər real tapşırıqların və layihələrin icrasında, tədbirlərin təşkili və sahibkarlara göstərilən xidmət prosesində iştirak etməklə praktik bacarıqlar əldə edir, ilkin əmək vərdişlərinə yiyələnirlər.

Hazırda Agentlikdə 30-dan çox könüllü fəaliyyət göstərir. Ümumilikdə 2025-ci ildə 90-dan çox, indiyədək isə 295-i qadın və 554-ü kişi olmaqla 850-yə yaxın gənc proqram çərçivəsində KOBİA-da könüllü fəaliyyətinə cəlb olunub. KOB könüllüləri arasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Bakı, Sumqayıt və Mingəçevir dövlət universitetlərinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dillər Universitetinin, Azərbaycan Pedaqoji Universitetinin, Bakı Mühəndislik Universitetinin, Bakı Slavyan Universitetinin tələbə və magistrları üstünlük təşkil edir.   

Könüllülük KOBİA-nın insan kapitalı strategiyasının ayrılmaz hissəsidir. Bu çərçivədə aktivliyi və təşəbbüskarlığı ilə seçilən 20 gənc Agentlikdə işə qəbul olunub.

Ali və orta ixtisas müəssisələrində təhsil alan gənclər könüllü fəaliyyəti üçün KOBİA-ya müraciət edə bilərlər. KOBİA-da könüllü kimi fəaliyyət göstərmək istəyənlər Agentliyin rəsmi internet səhifəsində (www.smb.gov.az) yerləşdirilmiş “KOB könüllüsü ol” bölməsi vasitəsilə qeydiyyatdan keçə bilərlər. Müraciətlər müəyyən edilmiş meyarlara əsasən qiymətləndirilir və seçilən namizədlər proqramda iştirak üçün dəvət olunur. Proqramı uğurla tamamlayan “KOB könüllüləri”nə 3 ay davam edən könüllü fəaliyyətinə dair sertifikat təqdim edilir. 

Beynəlxalq Könüllülər Günü ilə bağlı KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin könüllüləri ilə görüşüb. Görüşdə könüllülərin gündəlik fəaliyyəti və gələcək karyera planları ilə bağlı fikir mübadiləsi aparılıb. Könüllülərə göstərdikləri dəstəyə görə təşəkkür edilib və gənclərin inkişafına yönəlmiş təşəbbüslərin davam etdiriləcəyi vurğulanıb. Görüş çərçivəsində könüllü fəaliyyətini başa vuran gənclərə sertifikatlar təqdim olunub.

Powered by Froala Editor