Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
KOBİA İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısında iştirak edib 04.06.22
KOBİA İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısında iştirak edib

Misirin Şarm Əl-Şeyx şəhərində İslam İnkişaf Bankı Qrupunun (İİBQ) ənənəvi İllik Toplantısı keçirilir.

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Azərbaycan nümayəndə heyətinin tərkibində 47-ci İllik Toplantıda və tədbir çərçivəsində keçirilən İİBQ-nin Özəl Sektor üzrə Forumunda iştirak ediblər. 


İşgüzar səfər çərçivəsində KOBİA-nın nümayəndələri İİBQ-nin, Səudiyyə Ərəbistanının, Misir, Türkiyə, Qazaxıstan və Qırğızıstanın müvafiq qurumları ilə bir sıra görüşlər keçiriblər. 


KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Səudiyyə Ərəbistanının investisiya nazirinin müavini Badr Albadr arasında keçirilmiş görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanında biznes və investisiyaların gələcək perspektivlərinə, eləcə də əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. 

Türkiyənin xəzinə və maliyyə naziri Nureddin Nebati ilə görüşdə investisiya qoyuluşu və birgə əməkdaşlıq imkanlarına, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələlərə dair fikir mübadiləsi aparılıb.


Misirin Mikro, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Tarek Şaş və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov arasında keçirilmiş görüşdə bu ilin əvvəlində tərəflər arasında imzalanmış Anlaşma Memorandumdan irəli gələn məsələlər, o cümlədən startaplar və qadın sahibkarlığı sahəsində əməkdaşlıq, məlumat və təcrübə mübadiləsi, birgə tədbirlərin təşkili məsələləri müzakirə edilib. 


KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyə Katılım Bankları Birliyinin prezidenti Osman Çelik və "Halkbank"ın baş icraçı direktoru Osman Arslan, Qırğızıstanın “Ayıl Bank”nın sədr müavini Maksat Erjanov və İslam Maliyyə Fondunun idarəedici direktoru T.L.Kərimbayev, İslam İnkişaf Bankı Qrupunun İqtisadiyyatın Gücləndirilməsi Fondunun direktoru Nabil Ghalleb, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının baş direktoru Ayman Sejiny və Qazaxıstanın “Astana” Beynəlxalq Maliyyə Mərkəzinin İdarə Heyətinin sədri Yernur Rusmaqambetov ilə də görüşüb. Görüşlərdə müvafiq olaraq alternativ maliyyələşmə, dövlət-özəl sektor tərəffdaşlığı sahəsində əməkdaşlıq və s. məsələlər müzakirə olunub. 

Powered by Froala Editor