Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
KOBİA INSME-nin illik toplantısında təmsil olunub 09.10.23
KOBİA INSME-nin illik toplantısında təmsil olunub

INSME-nin 19-cu İllik Toplantısında KOBİA tərəfindən ölkəmizdə KOB-lara göstərilən dəstək və xidmətlərin elektronlaşdırılması, innovativ təşəbbüslərinin dəstəklənməsi barədə məlumat verilib. 

Almaniyanın paytaxtı Berlin şəhərində Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) 19-cu İllik Toplantısı keçirilib. Tədbirə INSME-yə üzv ölkələrin müvafiq qurumları, o cümlədən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də qatılıb. 

“KOB-ların gələcək uğurlarında rəqəmsal transformasiya” mövzusunda paneldəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentlik tərəfindən KOB-lara göstərilən dəstək və xidmətlərin elektronlaşdırılması, onların innovativ təşəbbüslərinin dəstəklənməsi barədə məlumat verib. Qeyd edilib ki, sahibkarlara vahid məkanda dövlət və özəl qurumlar tərəfindən xidmətlərin göstərildiyi KOB evlərinin “E-KOB evi” rəqəmsal platformasına keçirilməsi istiqamətində tədbirlər davam etdirilir. KOBİA tərəfindən verilən sahibkarların innovativ təşəbbüslərinə vergi güzəştlərini nəzərdə tutan “Startap” şəhadətnaməsindən, təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə qrant dəstəyindən faydalanan KOB-ların sayı artmaqdadır. KOBİA sahibkarlara ödənişsiz olaraq digər mövzularla yanaşı, biznesin elektronlaşdırılması, bu sahədə rəqəmsal həllər, e-ticarət barədə məsləhət və təlim xidməti göstərir. 

Qeyd edək ki, sıralarında dünyanın müxtəlif ölkələrindən 70-ə yaxın üzvü birləşdirən INSME KOB sahəsində fəaliyyət göstərən qurumlar arasında təcrübə mübadiləsinin genişləndirilməsini, bu sahədə qabaqcıl mexanizmləri, dövlət-özəl dialoqunu və beynəlxalq tərəfdaşlığı təşviq edir. KOBİA 2020-ci ildən INSME-nin üzvüdür. İNSME-nin “KOB-ların gücləndirilməsi: iqtisadi diversifikasiya və yaşıl inkişaf” mövzusuna həsr olunmuş 18-ci İllik Toplantısı KOBİA-nın təşkilatçılığı ilə 2022-ci ildə Bakıda keçirilib.  

Powered by Froala Editor