Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOBİA Gəncəsənət - Sərgi-Satış Yarmarkasında iştirak edib 21.09.21
KOBİA Gəncəsənət - Sərgi-Satış Yarmarkasında iştirak edib

19-20 sentyabr tarixlərində Gəncə şəhərində Gəncəsənət - İncəsənət, Sənətkarlıq və Yaradıcılıq Sərgi-Satış Yarmarkası keçirilib. Gəncə Filarmoniya Bağı və Urban Mərkəzində təşkil olunmuş yarmarkada regionda fəaliyyət göstərən sənətkarların və yaradıcı şəxslərin əl işləri nümayiş olunub.


Sərgi Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Turizm İnformasiya Mərkəzi/Gəncə Destinasiya Menecmenti Təşkilatı və Gəncə İctimai İştirakçılıq Məclisinin təşkilatçılığı ilə keçirilib. 

 

Sərgidə KOBİA-nın təmsil olunduğu xüsusi stenddə Agentlik tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dəstək və xidmətlər barədə məlumat verilib. Agentliyin Gəncə və Şəmkir KOB dostları tərəfindən sahibkarlıq fəaliyyətinə maraq göstərən yaradıcı şəxslərə bu barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. 

 

Qeyd edək ki, sərgi-satış yarmarkasının keçirilməsində məqsəd sənətkarlıq məhsullarının satışına və bu sahədə alıcıq qabiliyyətinin artırılmasına dəstək olmaq, regionun sənətkarlıq nümunələrinin tanıdılması, qədim sənət ənənələrinin dirçəldilməsi və şəhərin mədəni həyatının canlandırılması, eləcə də yaradıcılıqla məşğul olan insanlar ilə sənətkarlar arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyətinə təşviq edilməsi olmuşdur. 

Powered by Froala Editor