Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOBİA əməkdaşları üçün təlim keçirilib 25.10.22
KOBİA əməkdaşları üçün təlim keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) əməkdaşları üçün ASAN İnnovativ İnkişaf Mərkəzi tərəfindən “Effektiv ünsiyyət bacarıqları”, “Stres vəziyyətinin idarə olunması”, “Konfliktli halların idarə edilməsi”, “Müştəri məmmuniyyətinin idarə olunması” təlimləri keçirilib. 


İştirakçılara aktiv dinləmə, izahetmə və inandırma bacarıqları, səsdən effektiv istifadə üsulları, müştəriyönümlü xidmətin açarı, stres vəziyyətinin idarə olunması, gündəlik stresdən və tükənmədən qorunma üsulları, çətin hallardan çıxış yolları, verbal və qeyri-verbal ünsiyyətin əsaslarını izah etməklə yanaşı, sual vermək, faydalı geri dönüş, bədən dili və emosiyaların idarə edilməsi, konfliktin xüsusiyyətləri və idarə olunması, qərarvermədə addımlar və mübahisələrin qarşısının alınması üsulları kimi bir sıra bacarıqlar və vərdişlər aşılanıb. 


Həmçinin, hər bir təlim zamanı diskussiya, praktiki məşğələlər və rol oyunları keçirilib. 

Powered by Froala Editor