Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib 21.11.25
KOBİA-da növbəti vətəndaş qəbulu keçirilib

Vətəndaş qəbulu zamanı sahibkarların yeni biznes təşəbbüsləri və onların reallaşdırılmasına, satışa dəstək və s. istiqamətlərdə müraciətləri dinlənilib, həllinə dair müzakirələr aparılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) növbəti vətəndaş qəbulu keçirilib. Qəbul çərçivəsində sahibkarların müxtəlif sahələr üzrə müraciətləri dinlənilib, onların qaldırdıqları məsələlərin həlli və Agentlik tərəfindən göstərilə biləcək dəstək barədə ətraflı müzakirələr aparılıb.

Sahibkarların qarşılaşdıqları məsələlərə, yeni biznes təşəbbüsləri və onların reallaşdırılmasına, satışa dəstək, əlaqələndirmə və s. istiqamətlərdə müraciətləri dinlənilib, bəzi müraciətlər üzrə yerində izahatlar verilib. 

Qəbul zamanı irəli sürülən bəzi məsələlər aidiyyəti dövlət qurumları ilə birgə araşdırılması məqsədilə icraata götürülüb. Müraciətlərin icrası nəzarətdə saxlanılacaq və nəticələr barədə sahibkarlara məlumat veriləcəkdir.

Powered by Froala Editor