Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
KOBİA-da Azərbaycan diasporunun təmsilçiləri ilə görüş keçirilib 20.12.19
KOBİA-da Azərbaycan diasporunun təmsilçiləri ilə görüş keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Liderliyin İnkişafı Proqramı” çərçivəsində Bakıda səfərdə olan Almaniya, Fransa, Türkiyə, Ukrayna və Gürcüstanda Azərbaycan icmalarını təmsil edən nümayəndələr Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olublar.


Görüşdə Azərbaycan diaspora təmsilçilərinə ölkəmizdə KOB sektorunun inkişafı, bu sahədə Agentliyin fəaliyyəti, KOB-lara göstərilən dəstək tədbirləri barədə məlumat verilib, xarici ölkələrdəyaşayan diaspora üzvlərinin və sahibkarların Azərbaycanda KOB sektorunun inkişafı ilə bağlı məlumatlandırılması, onların KOBİA-nın təşkilatçılığı ilə keçirilən beynəlxalq və digər tədbirlərdə iştirakı, ölkəmizdə investisiya fəaliyyətinin təşviqi, xarici ölkələrdə uğurlu KOB-ların təcrübəsinin öyrənilməsi və belə müəssisələrə tanışlıq səfərlərinin təşkili istiqamətlərində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Powered by Froala Editor