Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
KOBİA BMT-nin Baş Qərargahında beynəlxalq KOB gününə həsr olunmuş tədbirdə təmsil olunub 27.06.22
KOBİA BMT-nin Baş Qərargahında beynəlxalq KOB gününə həsr olunmuş tədbirdə təmsil olunub

27 iyun dünyada mikro, kiçik və orta sahibkarlar günüdür. Bununla bağlı Nyu-Yorkda BMT-nin Baş Qərargahında Kiçik Biznes üzrə Beynəlxalq Şuranın təşkilatçılığı, BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD), Sənayenin İnkişafı Təşkilatının (UNIDO) və s. təşkilatların dəstəyi ilə “Davamlılıq və yenidənqurma: davamlı inkişaf üçün KOB-lar” mövzusunda konfrans keçirilib. 


Tədbirdə ölkəmizi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərliyi təmsil edib. 


Tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-ların inkişafı, şaxələnməsi və innovasiya səviyyəsinin ölkələrin inkişaf səviyyəsinin göstəricisi olduğunu qeyd edib. Vurğulanıb ki, bütün dünyada olduğu kimi Azərbaycanda da KOB-lar məşğulluğa, iqtisadi artıma və davamlı inkişafa töhfə verir. Azərbaycanda sahibkarların 99%-ni KOB-lar təşkil edir. Orxan Məmmədov KOBİA-nın fəaliyyəti, ölkəmizdə KOB-ların dəstəklənməsi üçün həyata keçirilən tədbirlər və dəstək alətləri barədə məlumat verib. 


Qeyd edək ki, dayanıqlı inkişaf məqsədlərinə, eləcə də iqtisadiyyatın davamlı inkişafına verdiyi töhfəyə görə BMT Baş Assambleyasının qətnaməsinə əsasən bu tarix “Kiçik biznesin böyük təsiri” şüarı ilə 2017-ci ildən etibarən qeyd olunur.

Powered by Froala Editor